quranm◉

Surə Al-Baqarah 2:282 – Ayat ad-Dayn

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا تَدَايَنتُم بِدَيۡنٍ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى فَٱكۡتُبُوهُۚ وَلۡيَكۡتُب بَّيۡنَكُمۡ كَاتِبُۢ بِٱلۡعَدۡلِۚ وَلَا يَأۡبَ كَاتِبٌ أَن يَكۡتُبَ كَمَا عَلَّمَهُ ٱللَّهُۚ فَلۡيَكۡتُبۡ وَلۡيُمۡلِلِ ٱلَّذِي عَلَيۡهِ ٱلۡحَقُّ وَلۡيَتَّقِ ٱللَّهَ رَبَّهُۥ وَلَا يَبۡخَسۡ مِنۡهُ شَيۡـٔٗاۚ فَإِن كَانَ ٱلَّذِي عَلَيۡهِ ٱلۡحَقُّ سَفِيهًا أَوۡ ضَعِيفًا أَوۡ لَا يَسۡتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلۡيُمۡلِلۡ وَلِيُّهُۥ بِٱلۡعَدۡلِۚ وَٱسۡتَشۡهِدُواْ شَهِيدَيۡنِ مِن رِّجَالِكُمۡۖ فَإِن لَّمۡ يَكُونَا رَجُلَيۡنِ فَرَجُلٞ وَٱمۡرَأَتَانِ مِمَّن تَرۡضَوۡنَ مِنَ ٱلشُّهَدَآءِ أَن تَضِلَّ إِحۡدَىٰهُمَا فَتُذَكِّرَ إِحۡدَىٰهُمَا ٱلۡأُخۡرَىٰۚ وَلَا يَأۡبَ ٱلشُّهَدَآءُ إِذَا مَا دُعُواْۚ وَلَا تَسۡـَٔمُوٓاْ أَن تَكۡتُبُوهُ صَغِيرًا أَوۡ كَبِيرًا إِلَىٰٓ أَجَلِهِۦۚ ذَٰلِكُمۡ أَقۡسَطُ عِندَ ٱللَّهِ وَأَقۡوَمُ لِلشَّهَٰدَةِ وَأَدۡنَىٰٓ أَلَّا تَرۡتَابُوٓاْ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً حَاضِرَةٗ تُدِيرُونَهَا بَيۡنَكُمۡ فَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَلَّا تَكۡتُبُوهَاۗ وَأَشۡهِدُوٓاْ إِذَا تَبَايَعۡتُمۡۚ وَلَا يُضَآرَّ كَاتِبٞ وَلَا شَهِيدٞۚ وَإِن تَفۡعَلُواْ فَإِنَّهُۥ فُسُوقُۢ بِكُمۡۗ وَٱتَّقُواْ ٱللَّهَۖ وَيُعَلِّمُكُمُ ٱللَّهُۗ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿٢٨٢﴾

◉

Tərcümə

Ey iman gətirənlər! Mü­əy­yən bir müddətədək bir-bi­ri­ni­zə borc ver­dikdə, onu ya­zın. Qoy bunu aranızda bir katib ədalətlə yazsın. Katib Alla­hın onu öy­rətdiyi kimi yaz­maqdan bo­yun qa­çırmasın. Qoy o yazsın, borc alan adam da gö­türdüyü borcun miq­da­rını yaz­dırsın, Rəbbi olan Allah­dan qorxsun və borcdan heç bir şey əs­kilt­məsin. Əgər borc alan adam səfehdirsə, yaxud ağıldan zəifdirsə və ya özü yazdırmağa qadir de­yil­sə, qoy onun himayə­darı borcu əda­lətlə yazdırsın. Aranız­dakı kişi­lərdən iki nə­fə­ri şa­hid tutun. Əgər iki kişi tapılmazsa, razı ol­duğunuz şahid­lərdən bir kişi və iki qa­dını şa­hid tutun ki, qadın­lardan biri unutduqda, o birisi onun ya­dı­na sal­sın. Şa­hidlər şa­hid­lik et­məyə çağırıl­dıq­da, bo­yun qaçır­ma­sın­lar. Az da olsa, çox da olsa, onun qaytarılma vax­tını yaz­maq­dan usan­ma­yın. Belə etməyiniz, Allah ya­nın­da daha əda­lətli, şa­hid­lik üçün daha düzgün və şüb­həyə düşməməyiniz üçün daha mü­na­sib­dir. Yalnız ara­nızda ge­dən nağd ticarət istis­nadır. Bunu yaz­ma­mağınız isə sizin üçün gü­nah deyil­dir. Al­ış-veriş et­dikdə şahid tutun. Lakin ka­ti­bə və şahidə zərər ve­rilməsin. Əgər zərər ver­sə­niz, şübhəsiz ki, bu, si­zin üçün bir fasiqlikdir. Allahdan qor­xun! Allah sizi öyrədir. Allah hər şeyi bilir.
— Alikhan Musayev
Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) də’vət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nəğd) ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞