quranm◉

Surə An-Nur 24:31

وَقُل لِّلۡمُؤۡمِنَٰتِ يَغۡضُضۡنَ مِنۡ أَبۡصَٰرِهِنَّ وَيَحۡفَظۡنَ فُرُوجَهُنَّ وَلَا يُبۡدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنۡهَاۖ وَلۡيَضۡرِبۡنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّۖ وَلَا يُبۡدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوۡ ءَابَآئِهِنَّ أَوۡ ءَابَآءِ بُعُولَتِهِنَّ أَوۡ أَبۡنَآئِهِنَّ أَوۡ أَبۡنَآءِ بُعُولَتِهِنَّ أَوۡ إِخۡوَٰنِهِنَّ أَوۡ بَنِيٓ إِخۡوَٰنِهِنَّ أَوۡ بَنِيٓ أَخَوَٰتِهِنَّ أَوۡ نِسَآئِهِنَّ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُنَّ أَوِ ٱلتَّـٰبِعِينَ غَيۡرِ أُوْلِي ٱلۡإِرۡبَةِ مِنَ ٱلرِّجَالِ أَوِ ٱلطِّفۡلِ ٱلَّذِينَ لَمۡ يَظۡهَرُواْ عَلَىٰ عَوۡرَٰتِ ٱلنِّسَآءِۖ وَلَا يَضۡرِبۡنَ بِأَرۡجُلِهِنَّ لِيُعۡلَمَ مَا يُخۡفِينَ مِن زِينَتِهِنَّۚ وَتُوبُوٓاْ إِلَى ٱللَّهِ جَمِيعًا أَيُّهَ ٱلۡمُؤۡمِنُونَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿٣١﴾

◉

Tərcümə

Mömin qadınlara da de ki, hara­ma baxma­yıb gözlərini aşağı dik­sinlər və cinsiyyət üzv­lərini zinadan qo­ru­sun­lar. Qoy onlar – gö­rünənlər is­tisna ol­maqla, zinət­lərini naməh­rə­mə göstər­məsinlər; ör­tüklərini ya­xalarının üs­tü­nə sal­sınlar; zi­nət­lərini ərlərindən, ya­xud ata­la­rından, yaxud ərlərinin atala­rından, yaxud öz oğul­ların­dan, yaxud ərlərinin oğullarından, yaxud qardaş­la­rından, yaxud qar­daşla­rı­nın oğulla­rın­dan, ya­xud bacıları­nın oğullarından, ya­xud öz müsəl­man qadınla­rın­dan, yaxud sahib olduqları kö­lə­lər­dən, yaxud ehti­rasını itir­miş kişi xidmət­çilərdən, ya­xud qa­dın­la­rın çılpaqlığını hələ an­lamayan uşaqlardan başqa­sına gös­tər­mə­sin­lər; gizlətdik­ləri zi­nət əşyaları bilinsin deyə ayaq­larını yerə vu­ra-vura yeri­mə­sin­lər. Ey iman gətirənlər! Hamı­nız Allaha tövbə edin ki, bəlkə nicat tapa­sınız.
— Alikhan Musayev
Mö’min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey mö’minlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞