quranm◉

Surə Ali 'Imran 3:153

۞إِذۡ تُصۡعِدُونَ وَلَا تَلۡوُۥنَ عَلَىٰٓ أَحَدٖ وَٱلرَّسُولُ يَدۡعُوكُمۡ فِيٓ أُخۡرَىٰكُمۡ فَأَثَٰبَكُمۡ غَمَّۢا بِغَمّٖ لِّكَيۡلَا تَحۡزَنُواْ عَلَىٰ مَا فَاتَكُمۡ وَلَا مَآ أَصَٰبَكُمۡۗ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ﴿١٥٣﴾

◉

Tərcümə

O zaman Peyğəmbər ar­­xa­nız­dan – düşmənə yaxın olan sı­ra­lar­dan sizi çağırdığı halda, siz heç kəsə dönüb baxmadan düş­mən­dən qaçırdı­nız. Allah da qəminizin üstünə qəm qoy­maqla si­zi cəza­lan­dırdı ki, əli­niz­dən çı­xan şeylərə və ba­şı­nı­za gələn mü­si­bə­tə gö­rə kə­dər­lən­məyəsi­niz. Allah etdik­ləriniz­dən xə­bərdardır.
— Alikhan Musayev
Siz (düşməndən qaçaraq dağa) qalxdığınız və Peyğəmbər arxa tərəfdən sizi çağırarkən heç kəsə baxmadığınız zaman Allah sizin qəminizin üstünə qəm gətirməklə (məğlubiyyət, Peyğəmbərin qətl edilməsi barəsindəki yanlış xəbərdən doğan əndişə; onun əmrinə tabe olmamaq nəticəsində üz verən peşmançılıqla) cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəsüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!
— Azerbaijani

◉ Surə · ∞