quranm◉

Surə An-Nisa 4:102

وَإِذَا كُنتَ فِيهِمۡ فَأَقَمۡتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلۡتَقُمۡ طَآئِفَةٞ مِّنۡهُم مَّعَكَ وَلۡيَأۡخُذُوٓاْ أَسۡلِحَتَهُمۡۖ فَإِذَا سَجَدُواْ فَلۡيَكُونُواْ مِن وَرَآئِكُمۡ وَلۡتَأۡتِ طَآئِفَةٌ أُخۡرَىٰ لَمۡ يُصَلُّواْ فَلۡيُصَلُّواْ مَعَكَ وَلۡيَأۡخُذُواْ حِذۡرَهُمۡ وَأَسۡلِحَتَهُمۡۗ وَدَّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ تَغۡفُلُونَ عَنۡ أَسۡلِحَتِكُمۡ وَأَمۡتِعَتِكُمۡ فَيَمِيلُونَ عَلَيۡكُم مَّيۡلَةٗ وَٰحِدَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ إِن كَانَ بِكُمۡ أَذٗى مِّن مَّطَرٍ أَوۡ كُنتُم مَّرۡضَىٰٓ أَن تَضَعُوٓاْ أَسۡلِحَتَكُمۡۖ وَخُذُواْ حِذۡرَكُمۡۗ إِنَّ ٱللَّهَ أَعَدَّ لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا ﴿١٠٢﴾

◉

Tərcümə

Sən səhabələrinin ara­sın­da olub onlara namaz qıl­dır­dığın za­man onla­rın bir dəs­tə­si səninlə birlikdə namaza dur­sun, silahla­rını da özləri ilə gö­tür­sün­lər. Bun­lar səcdə et­dik­ləri zaman bi­rin­ci rükəti ta­mam­layanadək o biri dəs­tə arxa­nızda olsun. Sonra na­ma­zını qıl­ma­mış digər dəstə gəlib sə­nin­lə bir­lik­də na­maz qılsın, ehtiyat­la­rı­nı tutsunlar və silah­la­rını da özləri ilə götürsünlər. Ka­fir­lər is­tərlər ki, siz silah­ları­nız­dan və əşyalarınızdan xəbər­siz ola­sınız və onlar da sizin üzəri­nizə bircə dəfə hü­cum et­sinlər – bir həmlədə si­zi məğlub et­sin­lər. Əgər siz ya­ğış­dan əziy­yət çəksə­niz və ya xəs­tə ol­sa­nız, si­lahlarınızı yerə qoy­maqda sizə gü­nah yoxdur, lakin eh­ti­yatınızı əldən vermə­yin. Şüb­hə­siz ki, Allah kafirlər üçün alçal­dı­cı bir əzab hazırla­mışdır.
— Alikhan Musayev
(Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə sailahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞