quranm◉

Surə An-Nisa 4:6

وَٱبۡتَلُواْ ٱلۡيَتَٰمَىٰ حَتَّىٰٓ إِذَا بَلَغُواْ ٱلنِّكَاحَ فَإِنۡ ءَانَسۡتُم مِّنۡهُمۡ رُشۡدٗا فَٱدۡفَعُوٓاْ إِلَيۡهِمۡ أَمۡوَٰلَهُمۡۖ وَلَا تَأۡكُلُوهَآ إِسۡرَافٗا وَبِدَارًا أَن يَكۡبَرُواْۚ وَمَن كَانَ غَنِيّٗا فَلۡيَسۡتَعۡفِفۡۖ وَمَن كَانَ فَقِيرٗا فَلۡيَأۡكُلۡ بِٱلۡمَعۡرُوفِۚ فَإِذَا دَفَعۡتُمۡ إِلَيۡهِمۡ أَمۡوَٰلَهُمۡ فَأَشۡهِدُواْ عَلَيۡهِمۡۚ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبٗا ﴿٦﴾

◉

Tərcümə

Yetimləri nikah yaşına çatanadək sınayın. Əgər onların ağla dolduq­la­rını görsəniz, malları­nı öz­lə­ri­nə qay­ta­rın. Böyü­yüb mal­la­rı­nı geri alacaqlar deyə, o malları is­raf­çı­lıqla, tələm-tələsik ye­mə­yin. Varlı olan qəyyum nəfsini saxlasın, yox­sul isə o maldan eh­ti­yacı ol­du­ğu qədər yesin. Yetim­lə­rin malla­rı­nı özlə­ri­nə qay­tar­dığı­nız zaman yanlarında şahid tutun. Haqq-hesab çək­­məyə Allah ye­tər.
— Alikhan Musayev
Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (həddi-büluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər (böyüyən kimi mallarına sahib olacaqlar) deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan (qəyyum) o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə (ehtiyacı olduğu qədər, çəkdiyi zəhmətin əvəzi miqdarında) yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər!
— Azerbaijani

◉ Surə · ∞