quranm◉

Surə Fussilat 41:25

۞وَقَيَّضۡنَا لَهُمۡ قُرَنَآءَ فَزَيَّنُواْ لَهُم مَّا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَحَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِۖ إِنَّهُمۡ كَانُواْ خَٰسِرِينَ ﴿٢٥﴾

◉

Tərcümə

Biz onlara fasiq dostlar qoşduq və bu dostlar onlara ön­də­ki­lə­ri­ni və ar­xa­dakılarını gö­zəl göstərdilər (dünyanı sev­di­rib, axirəti unut­durdular). On­lar­dan əvvəl gəlib-getmiş cin­lər­dən və insan­lar­dan olan üm­mət­lər barəsindəki Söz on­lar ba­rə­sində də gerçək ol­du. Hə­qi­qə­tən də, onlar ziyana uğra­dılar.
— Alikhan Musayev
Biz onlara (Məkkə müşriklərinə) önlərindəkini və arxalarındakını (dünyanın zövq-səfasına uyub axirətə inanmamalarını) özlərinə gözəl göstərən (şeytansifət) dostlar caladıq. Özlərindən əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan (kafir) ümmətlərlə birlikdə o söz (əzab hökmü) onlar barəsində də gerçəkləşdi. Şübhəsiz ki, onlar ziyan çəkənlər oldular!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞