quranm◉

Surə Ash-Shuraa 42:48

فَإِنۡ أَعۡرَضُواْ فَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظًاۖ إِنۡ عَلَيۡكَ إِلَّا ٱلۡبَلَٰغُۗ وَإِنَّآ إِذَآ أَذَقۡنَا ٱلۡإِنسَٰنَ مِنَّا رَحۡمَةٗ فَرِحَ بِهَاۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ فَإِنَّ ٱلۡإِنسَٰنَ كَفُورٞ ﴿٤٨﴾

◉

Tərcümə

Əgər üzlərini çevirsələr, unutma ki, Biz səni onlara nə­zarətçi tə­yin etmə­mi­şik. Sənin vəzifən ancaq təbliğ et­məkdir. Biz insana Öz mərhəməti­miz­dən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə et­dikləri əməllərin ucbatından bir bəd­bəxtlik üz verdikdə isə, in­sa­nın nankor olduğunu görərsən.
— Alikhan Musayev
(Ya Peyğəmbər!) Əgər (bu müşriklər sənin də’vətindən) üz döndərsələr (əsla ürəyini qısma). Biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq (risaləti) təbliğ etməkdir. Əgər Biz insana Öz dərgahımızdan bir mərhəmət (ne’mət) daddırsaq, ona sevinər; yox, əgər onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir pislik toxunsa, (görərsən ki) insan, həqiqətən, nankordur!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞