quranm◉

Surə Al-Ma'idah 5:89

لَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغۡوِ فِيٓ أَيۡمَٰنِكُمۡ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ ٱلۡأَيۡمَٰنَۖ فَكَفَّـٰرَتُهُۥٓ إِطۡعَامُ عَشَرَةِ مَسَٰكِينَ مِنۡ أَوۡسَطِ مَا تُطۡعِمُونَ أَهۡلِيكُمۡ أَوۡ كِسۡوَتُهُمۡ أَوۡ تَحۡرِيرُ رَقَبَةٖۖ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٖۚ ذَٰلِكَ كَفَّـٰرَةُ أَيۡمَٰنِكُمۡ إِذَا حَلَفۡتُمۡۚ وَٱحۡفَظُوٓاْ أَيۡمَٰنَكُمۡۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿٨٩﴾

◉

Tərcümə

Allah sizi qəsdiniz olma­dan içdi­yi­niz andlara görə cə­zalan­dır­­maz, lakin O, sizi qəsd­lə içdi­yi­niz andlara görə cəza­landı­racaq­dır. Bu­nun kəf­farəsi öz ailə­nizə yedirtdi­yi­ni­zin or­ta hesabı də­yə­rin­də ya on kası­bı ye­dirt­mək və ya onları geyin­dirmək və yaxud da bir köləni azad et­məkdir. Kəf­farə vermək üçün bir şey tapmayan kim­sə üç gün oruc tutmalıdır. Bu, and içib son­ra poz­­du­ğunuz and­la­rınızın kəf­farə­si­dir. And­la­rı­nı­zı qoruyun! Allah Öz ayələri­ni sizə bu cür bəyan edir ki, bəl­kə şü­kür edə­siniz.
— Alikhan Musayev
Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etnəz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!
— Azerbaijani

◉ Surə · ∞