quranm◉

Surə Al-Mujadila 58:8

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ نُهُواْ عَنِ ٱلنَّجۡوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُواْ عَنۡهُ وَيَتَنَٰجَوۡنَ بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَمَعۡصِيَتِ ٱلرَّسُولِۖ وَإِذَا جَآءُوكَ حَيَّوۡكَ بِمَا لَمۡ يُحَيِّكَ بِهِ ٱللَّهُ وَيَقُولُونَ فِيٓ أَنفُسِهِمۡ لَوۡلَا يُعَذِّبُنَا ٱللَّهُ بِمَا نَقُولُۚ حَسۡبُهُمۡ جَهَنَّمُ يَصۡلَوۡنَهَاۖ فَبِئۡسَ ٱلۡمَصِيرُ ﴿٨﴾

◉

Tərcümə

Gizli söhbət qadağan edi­ləndən sonra yenə də qadağan olun­muş əmələ qayıdıb günah, düşmənçilik və Pey­ğəm­­bərə qarşı çıx­maq barədə öz arala­rında xısın-xısın danışanları gör­mədin­mi? On­­lar sənin ya­nına gəldikdə səni Alla­hın sa­lam­la­dığı kimi sa­lam­la­mır və öz-öz­lə­rinə: “Bəs niyə Allah bizi de­dik­lə­ri­mizə görə cəza­lan­­dır­mır?”– de­yir­lər. Cə­hən­nəm on­lara yetər. Onlar orada ya­na­caq­lar. Ora necə də pis dönüş ye­ridir!
— Alikhan Musayev
(Ya Peyğəmbər!) Məgər məxfi danışmaq qadağan edildikdən sonra yenə də qadağan olunduqları əmələ qayıdıb günah, ədavət və Peyğəmbərin əleyhinə çıxmaq barədə öz aralarında pıçıldaşanları (münafiqlərlə yəhudiləri) görmədinmi? Onlar yanına gəldikləri zaman səni Allahın salamladığı kimi salamlamır (“əssəlamu əleykə” əvəzinə “əsammu əleykə - sənə ölüm olsun!” – deyərək guya salam verir) və ürəklərində: “(Əgər Məhəmməd həqiqi peyğəmbərdirsə) bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?” – deyirlər. Onlara girib yanacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis qayıdış yeridir!
— Azerbaijani

◉ Surə · ∞