quranm◉

Surə Al-Mumtahanah 60:1

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ عَدُوِّي وَعَدُوَّكُمۡ أَوۡلِيَآءَ تُلۡقُونَ إِلَيۡهِم بِٱلۡمَوَدَّةِ وَقَدۡ كَفَرُواْ بِمَا جَآءَكُم مِّنَ ٱلۡحَقِّ يُخۡرِجُونَ ٱلرَّسُولَ وَإِيَّاكُمۡ أَن تُؤۡمِنُواْ بِٱللَّهِ رَبِّكُمۡ إِن كُنتُمۡ خَرَجۡتُمۡ جِهَٰدٗا فِي سَبِيلِي وَٱبۡتِغَآءَ مَرۡضَاتِيۚ تُسِرُّونَ إِلَيۡهِم بِٱلۡمَوَدَّةِ وَأَنَا۠ أَعۡلَمُ بِمَآ أَخۡفَيۡتُمۡ وَمَآ أَعۡلَنتُمۡۚ وَمَن يَفۡعَلۡهُ مِنكُمۡ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ﴿١﴾

◉

Tərcümə

Ey iman gətirənlər! Mə­nim düş­mənimi də, öz düşmə­ninizi də özü­nü­zə dost tutma­yın! Onlar sizə gələn hə­qi­qəti inkar et­dik­lə­ri halda, siz on­la­ra mehri­banlıq göstərib sirrini­zi açıb de­yir­siniz. Rəb­biniz olan Allaha iman gə­tir­diyiniz üçün onlar Peyğəmbəri və si­zi yur­du­nuzdan qovub çıxardırlar. Əgər siz Mə­nim yolumda və Mə­nim razılığı­mı qa­zanmaq uğrunda cihada çıxmısı­nızsa, onlara giz­lində mehri­ban­lıq gös­tərir­si­niz. Mən sizin gizli saxla­dığınızı da, aş­kar etdi­yi­nizi də bili­rəm. Sizlər­dən kim bunu etsə, doğru yol­­dan sap­mış olar.
— Alikhan Musayev
Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Qur’anı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!
— Azerbaijani

◉ Surə · ∞