quranm◉

Surə At-Talaq 65:1

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحۡصُواْ ٱلۡعِدَّةَۖ وَٱتَّقُواْ ٱللَّهَ رَبَّكُمۡۖ لَا تُخۡرِجُوهُنَّ مِنۢ بُيُوتِهِنَّ وَلَا يَخۡرُجۡنَ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَتِلۡكَ حُدُودُ ٱللَّهِۚ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَقَدۡ ظَلَمَ نَفۡسَهُۥۚ لَا تَدۡرِي لَعَلَّ ٱللَّهَ يُحۡدِثُ بَعۡدَ ذَٰلِكَ أَمۡرٗا ﴿١﴾

◉

Tərcümə

Ey Peyğəmbər! Qadınları boşadı­ğınız zaman onları göz­ləmə müd­dət­lə­rində boşayın, gözləmə müddətini he­sabla­yın və Rəb­bi­niz olan Allahdan qor­xun. Onları, açıq-aşkar zina­kar­lıq et­mələri is­tisna ol­maqla, öz evlərinizdən qovub çıxart­ma­yın və onlar özləri də çıx­ma­sın­lar. Bu, Allahın qoy­du­ğu hüdud­lar­dır. Allahın qoydu­ğu hü­dud­ları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bil­sin ki, Allah bundan sonra başqa bir hökm versin.
— Alikhan Musayev
(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini (iddəti) sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər – (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar).
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞