quranm◉

Surə At-Tahrim 66:3

وَإِذۡ أَسَرَّ ٱلنَّبِيُّ إِلَىٰ بَعۡضِ أَزۡوَٰجِهِۦ حَدِيثٗا فَلَمَّا نَبَّأَتۡ بِهِۦ وَأَظۡهَرَهُ ٱللَّهُ عَلَيۡهِ عَرَّفَ بَعۡضَهُۥ وَأَعۡرَضَ عَنۢ بَعۡضٖۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتۡ مَنۡ أَنۢبَأَكَ هَٰذَاۖ قَالَ نَبَّأَنِيَ ٱلۡعَلِيمُ ٱلۡخَبِيرُ ﴿٣﴾

◉

Tərcümə

Bir zaman Peyğəmbər öz zövcə­lə­rindən birinə sirr ver­di. O da bu­nu onun digər zövcə­sinə xəbər verdikdə və Allah da bu­nu Pey­ğəm­bərə aşkar et­dik­də, o, bunun bir qismini sirr verdiyi zöv­cəsinə bil­dirdi, digər qis­mindən isə vaz keçdi. Pey­ğəm­bər bunu ona bildir­dik­də zöv­cəsi dedi: “Bunu sənə kim xə­bər verdi?” O dedi: “Bunu mə­nə hər şeyi Bilən, hər şeydən Xəbərdar olan Allah xəbər verdi!”
— Alikhan Musayev
Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz (bir daha Zeynəb bint Cəhşin, yaxud Mariyeyi-Qibtiyyənin yanına getməyəcəyini) demişdi. (Həfsə) bu sözü (digər zövcələrdən biri olan Aişəyə) xəbər verdikdə və Allah bunu ona (Peyğəmbərə) əyan etdikdə (Peyğəmbər) bunun bir qismini (Həfsəyə) bildirmiş, (alicənablığı üzündən) bir qismini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər) əhvalatı (Həfsəyə) bildirdikdə o: “Bunu sənə kim xəbər verdi?” – deyə soruşmuş, o da: “Bunu mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah) xəbər verdi!” – deyə cavab vermişdi.
— Azerbaijani

◉ Surə · ∞