quranm◉

Surə Al-A'raf 7:169

فَخَلَفَ مِنۢ بَعۡدِهِمۡ خَلۡفٞ وَرِثُواْ ٱلۡكِتَٰبَ يَأۡخُذُونَ عَرَضَ هَٰذَا ٱلۡأَدۡنَىٰ وَيَقُولُونَ سَيُغۡفَرُ لَنَا وَإِن يَأۡتِهِمۡ عَرَضٞ مِّثۡلُهُۥ يَأۡخُذُوهُۚ أَلَمۡ يُؤۡخَذۡ عَلَيۡهِم مِّيثَٰقُ ٱلۡكِتَٰبِ أَن لَّا يَقُولُواْ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّ وَدَرَسُواْ مَا فِيهِۗ وَٱلدَّارُ ٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّلَّذِينَ يَتَّقُونَۚ أَفَلَا تَعۡقِلُونَ ﴿١٦٩﴾

◉

Tərcümə

Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. On­lar bu fani dün­ya malını alıb: “Biz bağışlanaca­ğıq!”– deyir­dilər. On­la­ra buna bənzər mən­fə­ətlər yenə də gəlsəydi, onu da alardılar. Mə­gər Allah barə­sin­də haqdan başqa bir şey söylə­məyəcəklərinə dair onlar­dan Kitabda yazılmış əhd alın­ma­mış­dı­mı? Halbuki on­lar Ki­tab­da olanları oxu­yub öy­rən­miş­di­lər. Axirət yurdu müttə­qi­lər üçün daha xeyirlidir. Məgər an­la­mır­sınız?
— Alikhan Musayev
Onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: “Biz (Allah tərəfindən) bağışlanacağıq!” Onlara bunun misli qədər (kimi) daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda (Tövratda) onlardan əhd alınmamışdımı?! Halbuki orada (kitabda) olanları oxuyub öyrənmişdilər. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
— Azerbaijani

◉ Surə · ∞