quranm◉

Dua for knowledge and forgiveness

From: 11:45, 11:46, 11:47 · Speaker: Nuh

11:45

وَنَادَىٰ نُوحٞ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبۡنِي مِنۡ أَهۡلِي وَإِنَّ وَعۡدَكَ ٱلۡحَقُّ وَأَنتَ أَحۡكَمُ ٱلۡحَٰكِمِينَ ﴿45﴾

Read ayah ◉

11:46

قَالَ يَٰنُوحُ إِنَّهُۥ لَيۡسَ مِنۡ أَهۡلِكَۖ إِنَّهُۥ عَمَلٌ غَيۡرُ صَٰلِحٖۖ فَلَا تَسۡـَٔلۡنِ مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٌۖ إِنِّيٓ أَعِظُكَ أَن تَكُونَ مِنَ ٱلۡجَٰهِلِينَ ﴿46﴾

Read ayah ◉

11:47

قَالَ رَبِّ إِنِّيٓ أَعُوذُ بِكَ أَنۡ أَسۡـَٔلَكَ مَا لَيۡسَ لِي بِهِۦ عِلۡمٞۖ وَإِلَّا تَغۡفِرۡ لِي وَتَرۡحَمۡنِيٓ أَكُن مِّنَ ٱلۡخَٰسِرِينَ ﴿47﴾

Read ayah ◉

Translation

Nuh Rəbbini çağırıb de­di: “Ey Rəb­bim! Axı oğlum da mə­nim ailəm­dəndir. Sənin və­din, şübhəsiz ki, haq­dır. Sən ha­kimlə­rin Hakimisən!”
— Alikhan Musayev
Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: “Ey Rəbbim! Oğlum (Kən’an) mənim ailə üzvlərimdəndir. Sənin və’din, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!”
— Azerbaijani
O dedi: “Ey Nuh! O, sə­nin ailən­dən deyildir. Doğru­su, bu, (kafirlər üçün mədəd diləməyin) pis bir işdir. Elə isə bil­mə­diyin bir şeyi Məndən is­tə­mə. Həqiqə­tən də, Mən sənə cahil­lər­dən ol­ma­mağı tövsiyə edirəm”.
— Alikhan Musayev
(Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürəm)”.
— Azerbaijani
O dedi: “Ey Rəbbim! Bil­mədiyim bir şeyi Səndən istə­mək­dən Sənə sığı­nı­ram. Əgər məni bağışlamasan, mənə rəhm et­mə­sən, ziyana uğrayan­lar­dan ola­ram”.
— Alikhan Musayev
(Nuh) dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cür’ət etməkdən) Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!”
— Azerbaijani