quranm◉

Səhifə 103

Range
from 4:155 to 4:162
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

4:155

فَبِمَا نَقۡضِهِم مِّيثَٰقَهُمۡ وَكُفۡرِهِم بِـَٔايَٰتِ ٱللَّهِ وَقَتۡلِهِمُ ٱلۡأَنۢبِيَآءَ بِغَيۡرِ حَقّٖ وَقَوۡلِهِمۡ قُلُوبُنَا غُلۡفُۢۚ بَلۡ طَبَعَ ٱللَّهُ عَلَيۡهَا بِكُفۡرِهِمۡ فَلَا يُؤۡمِنُونَ إِلَّا قَلِيلٗا ﴿155﴾

Onlar əhdlərini poz­duqlarına, Alla­hın ayə­lə­rinə küfr et­dik­­lərinə, pey­­ğəm­bər­ləri haq­sız yerə öl­dür­dük­­lə­ri­nə və: “Qəlb­lə­ri­miz qa­pa­lı­dır!”– demələ­rinə görə lə­nə­tə dü­çar edil­­dilər. Xeyr, küfrləri üzün­dən Allah on­ların qəlblə­rini mö­hür­lə­miş­dir. Onlar ol­duqca az ina­nırlar.

4:156

وَبِكُفۡرِهِمۡ وَقَوۡلِهِمۡ عَلَىٰ مَرۡيَمَ بُهۡتَٰنًا عَظِيمٗا ﴿156﴾

Onlar həm də küfr et­dik­lə­rinə və Məryəmə qarşı böyük bir böh­tan dediklərinə görə,

4:157

وَقَوۡلِهِمۡ إِنَّا قَتَلۡنَا ٱلۡمَسِيحَ عِيسَى ٱبۡنَ مَرۡيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِ لَفِي شَكّٖ مِّنۡهُۚ مَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّۚ وَمَا قَتَلُوهُ يَقِينَۢا ﴿157﴾

bir də: “Biz Alla­hın elçisi Məryəm oğlu İsa Mə­si­hi öldür­dük!”– dediklə­ri­nə görə lənə­tə düçar edil­dilər. Halbuki onu nə öl­dür­­dülər, nə də çarmı­xa çəkdi­lər. Onlara an­caq İsanın bən­zəri gös­tə­rildi. Şübhəsiz ki, bunda ix­ti­laf edən­lər onun barə­sin­də şəkk-şübhə için­də­dirlər. Bu haqda on­la­rın, zənnə uymaq­dan başqa heç bir bilgisi yox­dur. Onlar onu öl­dür­dük­lə­rinə əmin deyildilər.

4:158

بَل رَّفَعَهُ ٱللَّهُ إِلَيۡهِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا ﴿158﴾

Əksinə, Allah onu Özü­nə tərəf qal­dırmışdır. Allah qüd­rət­lidir, hikmət sahibidir.

4:159

وَإِن مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ إِلَّا لَيُؤۡمِنَنَّ بِهِۦ قَبۡلَ مَوۡتِهِۦۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكُونُ عَلَيۡهِمۡ شَهِيدٗا ﴿159﴾

Kitab əhlindən hər kəs öz ölümündən, ya­xud İsa­nın ölümün­dən əvvəl ona iman gətirəcək. Qiya­mət günü isə İsa onların əley­hi­nə şa­hid ola­caqdır.

4:160

فَبِظُلۡمٖ مِّنَ ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا عَلَيۡهِمۡ طَيِّبَٰتٍ أُحِلَّتۡ لَهُمۡ وَبِصَدِّهِمۡ عَن سَبِيلِ ٱللَّهِ كَثِيرٗا ﴿160﴾

Yəhudilərin etdikləri zül­mə gö­rə, onlara daha öncə halal edilmiş gözəl nemətləri haram et­dik. Həm də bir çox­larını, elə­cə də özlərini Allah yolun­dan dön­dərdiklərinə,

4:161

وَأَخۡذِهِمُ ٱلرِّبَوٰاْ وَقَدۡ نُهُواْ عَنۡهُ وَأَكۡلِهِمۡ أَمۡوَٰلَ ٱلنَّاسِ بِٱلۡبَٰطِلِۚ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ مِنۡهُمۡ عَذَابًا أَلِيمٗا ﴿161﴾

qadağan olunmasına baxmaya­raq, sələm aldıqlarına və haq­sız yerə in­sanların mal­la­rını yediklərinə görə belə et­dik. Biz on­­lardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazır­lamışıq.

4:162

لَّـٰكِنِ ٱلرَّـٰسِخُونَ فِي ٱلۡعِلۡمِ مِنۡهُمۡ وَٱلۡمُؤۡمِنُونَ يُؤۡمِنُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَۚ وَٱلۡمُقِيمِينَ ٱلصَّلَوٰةَۚ وَٱلۡمُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَٱلۡمُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ أُوْلَـٰٓئِكَ سَنُؤۡتِيهِمۡ أَجۡرًا عَظِيمًا ﴿162﴾

Lakin onlardan elmdə qüv­vətli olanlar və möminlər sənə na­zil edilənə və səndən öncə nazil edilənlərə iman gətirir, na­maz qılır, zə­kat verir, Allaha və Axi­rət günü­nə iman gə­ti­­rirlər. Biz on­la­­ra bö­yük mükafat ve­rəcəyik.