quranm◉

Surə An-Nisa 4:157

وَقَوۡلِهِمۡ إِنَّا قَتَلۡنَا ٱلۡمَسِيحَ عِيسَى ٱبۡنَ مَرۡيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِ لَفِي شَكّٖ مِّنۡهُۚ مَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّۚ وَمَا قَتَلُوهُ يَقِينَۢا ﴿١٥٧﴾

◉

Tərcümə

bir də: “Biz Alla­hın elçisi Məryəm oğlu İsa Mə­si­hi öldür­dük!”– dediklə­ri­nə görə lənə­tə düçar edil­dilər. Halbuki onu nə öl­dür­­dülər, nə də çarmı­xa çəkdi­lər. Onlara an­caq İsanın bən­zəri gös­tə­rildi. Şübhəsiz ki, bunda ix­ti­laf edən­lər onun barə­sin­də şəkk-şübhə için­də­dirlər. Bu haqda on­la­rın, zənnə uymaq­dan başqa heç bir bilgisi yox­dur. Onlar onu öl­dür­dük­lə­rinə əmin deyildilər.
— Alikhan Musayev
(Onların lə’nətə düçar olmalarının bir səbəbi də: ) ”Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir mə’lumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞