quranm◉

Səhifə 118

Range
from 5:58 to 5:64
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

5:58

وَإِذَا نَادَيۡتُمۡ إِلَى ٱلصَّلَوٰةِ ٱتَّخَذُوهَا هُزُوٗا وَلَعِبٗاۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَعۡقِلُونَ ﴿58﴾

Siz namaza çağırdığınız za­man onlar onu məsxərəyə qo­yub oyun-oyuncaq sayarlar. Bu, on­ların dü­şüncəsiz bir toplum olmala­rına görədir.

5:59

قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ هَلۡ تَنقِمُونَ مِنَّآ إِلَّآ أَنۡ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡنَا وَمَآ أُنزِلَ مِن قَبۡلُ وَأَنَّ أَكۡثَرَكُمۡ فَٰسِقُونَ ﴿59﴾

De: “Ey Kitab əhli! Yal­nız Alla­ha, bizə nazil edilənə və biz­dən əvvəl na­zil edilən­lə­rə iman gətirdiyimizə və si­zin əksəriyyə­ti­ni­zin fasiq ol­duğu­na görə­mi bizdən xoşunuz gəlmir?!”

5:60

قُلۡ هَلۡ أُنَبِّئُكُم بِشَرّٖ مِّن ذَٰلِكَ مَثُوبَةً عِندَ ٱللَّهِۚ مَن لَّعَنَهُ ٱللَّهُ وَغَضِبَ عَلَيۡهِ وَجَعَلَ مِنۡهُمُ ٱلۡقِرَدَةَ وَٱلۡخَنَازِيرَ وَعَبَدَ ٱلطَّـٰغُوتَۚ أُوْلَـٰٓئِكَ شَرّٞ مَّكَانٗا وَأَضَلُّ عَن سَوَآءِ ٱلسَّبِيلِ ﴿60﴾

De: “Allah yanında cəza eti­barilə bundan daha pisini sizə xə­bər verim­mi? Bu, Alla­hın lə­nətlədiyi, qə­zəb­lən­diyi, içərilərin­dən bəzilərini meymunlara, do­nuz­la­ra və tağuta ibadət edənlərə çe­virdiyi kəs­lərdir. Onlar, yeri daha pis olan və doğru yol­dan da­ha çox azanlardır!”

5:61

وَإِذَا جَآءُوكُمۡ قَالُوٓاْ ءَامَنَّا وَقَد دَّخَلُواْ بِٱلۡكُفۡرِ وَهُمۡ قَدۡ خَرَجُواْ بِهِۦۚ وَٱللَّهُ أَعۡلَمُ بِمَا كَانُواْ يَكۡتُمُونَ ﴿61﴾

Onlar sizin yanınıza gəl­dikdə: “Biz iman gətirdik!”– de­yir­lər. Halbuki sizin ya­nı­nıza küfrlə girmiş, küfrlə də çıxıb get­miş­lər. Allah onların giz­lətdik­lə­rini daha yaxşı bilir.

5:62

وَتَرَىٰ كَثِيرٗا مِّنۡهُمۡ يُسَٰرِعُونَ فِي ٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَأَكۡلِهِمُ ٱلسُّحۡتَۚ لَبِئۡسَ مَا كَانُواْ يَعۡمَلُونَ ﴿62﴾

Onlardan bir çoxunu gü­naha, düşmənçiliyə və ha­ram ye­mə­yə tələsən görərsən. On­ların tö­rət­dik­ləri əməllər ne­cə də pis­dir!

5:63

لَوۡلَا يَنۡهَىٰهُمُ ٱلرَّبَّـٰنِيُّونَ وَٱلۡأَحۡبَارُ عَن قَوۡلِهِمُ ٱلۡإِثۡمَ وَأَكۡلِهِمُ ٱلسُّحۡتَۚ لَبِئۡسَ مَا كَانُواْ يَصۡنَعُونَ ﴿63﴾

Məgər din xadimləri və elm adamları on­lara günah sözlər danışmağı və haram ye­məyi qada­ğan etməli diyildilərmi?! Onla­rın tö­rət­dik­ləri əməllər necə də pisdir!

5:64

وَقَالَتِ ٱلۡيَهُودُ يَدُ ٱللَّهِ مَغۡلُولَةٌۚ غُلَّتۡ أَيۡدِيهِمۡ وَلُعِنُواْ بِمَا قَالُواْۘ بَلۡ يَدَاهُ مَبۡسُوطَتَانِ يُنفِقُ كَيۡفَ يَشَآءُۚ وَلَيَزِيدَنَّ كَثِيرٗا مِّنۡهُم مَّآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ طُغۡيَٰنٗا وَكُفۡرٗاۚ وَأَلۡقَيۡنَا بَيۡنَهُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِۚ كُلَّمَآ أَوۡقَدُواْ نَارٗا لِّلۡحَرۡبِ أَطۡفَأَهَا ٱللَّهُۚ وَيَسۡعَوۡنَ فِي ٱلۡأَرۡضِ فَسَادٗاۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلۡمُفۡسِدِينَ ﴿64﴾

Yəhudilər dedilər: “Alla­hın əli bağlıdır!” De­dikləri bu sö­zə görə onların öz əlləri bağ­lansın və lənətə gəlsinlər! Əksinə, Allahın hər iki əli açıqdır, Öz lütfündən istədiyi kimi sərf edir. Rəb­bindən sənə nazil edilən kitab onlardan çoxunun az­ğın­lı­ğı­nı və küf­rü­nü artırar. Biz on­ların ara­­sı­na Qiya­mət gü­nünə qə­dər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alo­­­vunu yan­dır­dıqda, Allah onu söndü­rər. On­lar yer üzündə fit­nə-fəsad tö­rət­məyə səy gös­tərərlər. Allah isə fitnə­kar­ları sevməz!