quranm◉

Surə Al-Ma'idah 5:64

وَقَالَتِ ٱلۡيَهُودُ يَدُ ٱللَّهِ مَغۡلُولَةٌۚ غُلَّتۡ أَيۡدِيهِمۡ وَلُعِنُواْ بِمَا قَالُواْۘ بَلۡ يَدَاهُ مَبۡسُوطَتَانِ يُنفِقُ كَيۡفَ يَشَآءُۚ وَلَيَزِيدَنَّ كَثِيرٗا مِّنۡهُم مَّآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ طُغۡيَٰنٗا وَكُفۡرٗاۚ وَأَلۡقَيۡنَا بَيۡنَهُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِۚ كُلَّمَآ أَوۡقَدُواْ نَارٗا لِّلۡحَرۡبِ أَطۡفَأَهَا ٱللَّهُۚ وَيَسۡعَوۡنَ فِي ٱلۡأَرۡضِ فَسَادٗاۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلۡمُفۡسِدِينَ ﴿٦٤﴾

◉

Tərcümə

Yəhudilər dedilər: “Alla­hın əli bağlıdır!” De­dikləri bu sö­zə görə onların öz əlləri bağ­lansın və lənətə gəlsinlər! Əksinə, Allahın hər iki əli açıqdır, Öz lütfündən istədiyi kimi sərf edir. Rəb­bindən sənə nazil edilən kitab onlardan çoxunun az­ğın­lı­ğı­nı və küf­rü­nü artırar. Biz on­ların ara­­sı­na Qiya­mət gü­nünə qə­dər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alo­­­vunu yan­dır­dıqda, Allah onu söndü­rər. On­lar yer üzündə fit­nə-fəsad tö­rət­məyə səy gös­tərərlər. Allah isə fitnə­kar­ları sevməz!
— Alikhan Musayev
Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lə’nətə gəldilər. (Və ya dedikləri sözə görə onların öz əlləri bağlansın və lə’nətə gəlsinlər!) Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər. Rəbbindən sənə nazil edilən (Qur’an) onlardan bir çoxunun yalnız küfrünü və azğınlığını artırar. Biz onların arasında qiyamət gününə qədər davam edəcək düşmənçılik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞