quranm◉

Səhifə 128

Range
from 6:1 to 6:8
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

6:1

ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَجَعَلَ ٱلظُّلُمَٰتِ وَٱلنُّورَۖ ثُمَّ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡ يَعۡدِلُونَ ﴿1﴾

Həmd, göyləri və yeri yaradan, zül­mət­lə­ri və nuru var edən Allaha məxsusdur! Bu dəlil­lər­dən sonra kafir olan­lar hələ də bütləri öz Rəb­binə tay tuturlar.

6:2

هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن طِينٖ ثُمَّ قَضَىٰٓ أَجَلٗاۖ وَأَجَلٞ مُّسَمًّى عِندَهُۥۖ ثُمَّ أَنتُمۡ تَمۡتَرُونَ ﴿2﴾

Sizi palçıqdan yaradan, son­ra da əcəlinizi təyin edən Odur. Onun yanın­da Qiya­mət gü­nü üçün də bəlli bir əcəl var­dır. Bunu bildikdən sonra siz ye­nə də şübhə edir­siniz.

6:3

وَهُوَ ٱللَّهُ فِي ٱلسَّمَٰوَٰتِ وَفِي ٱلۡأَرۡضِ يَعۡلَمُ سِرَّكُمۡ وَجَهۡرَكُمۡ وَيَعۡلَمُ مَا تَكۡسِبُونَ ﴿3﴾

O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allah­dır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qa­zanacağınızı da bi­lir.

6:4

وَمَا تَأۡتِيهِم مِّنۡ ءَايَةٖ مِّنۡ ءَايَٰتِ رَبِّهِمۡ إِلَّا كَانُواْ عَنۡهَا مُعۡرِضِينَ ﴿4﴾

Onlara Rəbbindən gələn elə bir ayə yoxdur ki, ondan üz çe­vir­məsinlər.

6:5

فَقَدۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَسَوۡفَ يَأۡتِيهِمۡ أَنۢبَـٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿5﴾

Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza et­dik­lə­ri şe­yin xəbəri onlara tezliklə ça­ta­caqdır.

6:6

أَلَمۡ يَرَوۡاْ كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّن قَرۡنٖ مَّكَّنَّـٰهُمۡ فِي ٱلۡأَرۡضِ مَا لَمۡ نُمَكِّن لَّكُمۡ وَأَرۡسَلۡنَا ٱلسَّمَآءَ عَلَيۡهِم مِّدۡرَارٗا وَجَعَلۡنَا ٱلۡأَنۡهَٰرَ تَجۡرِي مِن تَحۡتِهِمۡ فَأَهۡلَكۡنَٰهُم بِذُنُوبِهِمۡ وَأَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قَرۡنًا ءَاخَرِينَ ﴿6﴾

Məgər onlar özlərindən əv­vəl ne­çə-neçə nəsilləri məhv et­di­yi­­mi­zi gör­mədilərmi? Biz onlara yer üzündə sizə ver­mə­diyimiz im­kan­ları vermiş­dik. On­ların üzə­rinə göydən bol-bol yağış yağ­dır­mış və ev­lərinin al­tından çaylar axıt­mışdıq. Biz onları günahlarına görə hə­lak etdik və onlardan sonra başqa nə­sil­lər yaratdıq.

6:7

وَلَوۡ نَزَّلۡنَا عَلَيۡكَ كِتَٰبٗا فِي قِرۡطَاسٖ فَلَمَسُوهُ بِأَيۡدِيهِمۡ لَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ ﴿7﴾

Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey de­yil­!”– deyərdilər.

6:8

وَقَالُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ مَلَكٞۖ وَلَوۡ أَنزَلۡنَا مَلَكٗا لَّقُضِيَ ٱلۡأَمۡرُ ثُمَّ لَا يُنظَرُونَ ﴿8﴾

Onlar: “Nə üçün ona mə­lək endi­ril­məyib?”– dedilər. Əgər biz mələk en­dirsəydik, iş bit­miş olar­dı, onlara isə möh­lət ve­ril­məz­di.