quranm◉

Səhifə 127

Range
from 5:114 to 5:120
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

5:114

قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ ٱللَّهُمَّ رَبَّنَآ أَنزِلۡ عَلَيۡنَا مَآئِدَةٗ مِّنَ ٱلسَّمَآءِ تَكُونُ لَنَا عِيدٗا لِّأَوَّلِنَا وَءَاخِرِنَا وَءَايَةٗ مِّنكَۖ وَٱرۡزُقۡنَا وَأَنتَ خَيۡرُ ٱلرَّـٰزِقِينَ ﴿114﴾

Məryəm oğlu İsa dedi: “Ey Alla­hım! Ey bizim Rəbbi­miz! Bi­zə göy­dən bir süfrə en­dir ki, bi­zim həm birin­ci­miz, həm də axı­rıncımız üçün bir bay­ram və Sən­dən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yax­şı­sı­san!”

5:115

قَالَ ٱللَّهُ إِنِّي مُنَزِّلُهَا عَلَيۡكُمۡۖ فَمَن يَكۡفُرۡ بَعۡدُ مِنكُمۡ فَإِنِّيٓ أُعَذِّبُهُۥ عَذَابٗا لَّآ أُعَذِّبُهُۥٓ أَحَدٗا مِّنَ ٱلۡعَٰلَمِينَ ﴿115﴾

Allah dedi: “Mən onu si­zə endi­rəcəyəm. Amma bun­dan son­­ra ara­nız­dan kafir olan­­lara aləm­­lərdən heç kəsə ver­mədi­yim bir əzabı verəcə­yəm”.

5:116

وَإِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ءَأَنتَ قُلۡتَ لِلنَّاسِ ٱتَّخِذُونِي وَأُمِّيَ إِلَٰهَيۡنِ مِن دُونِ ٱللَّهِۖ قَالَ سُبۡحَٰنَكَ مَا يَكُونُ لِيٓ أَنۡ أَقُولَ مَا لَيۡسَ لِي بِحَقٍّۚ إِن كُنتُ قُلۡتُهُۥ فَقَدۡ عَلِمۡتَهُۥۚ تَعۡلَمُ مَا فِي نَفۡسِي وَلَآ أَعۡلَمُ مَا فِي نَفۡسِكَۚ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلۡغُيُوبِ ﴿116﴾

Allah deyəcək: “Ey Mər­­yəm oğlu İsa! Sənmi in­san­­la­ra: “Allahı qo­yub məni və anamı iki məbud qəbul edin!”– demiş­din?” İsa deyəcək: “Sən pak və müqəd­dəssən! Haqqım olma­yan bir şe­yi demək mənə yaraşmaz. Əgər bu­nu demiş ol­saydım, əl­bət­tə, Sən onu bi­lər­din. Sən mənim qəl­bim­də olan­ları bilirsən, mən isə Sə­nin Özün­də olanları bil­mirəm. Şüb­hə­siz ki, qeybləri bilən Sən­sən!

5:117

مَا قُلۡتُ لَهُمۡ إِلَّا مَآ أَمَرۡتَنِي بِهِۦٓ أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ رَبِّي وَرَبَّكُمۡۚ وَكُنتُ عَلَيۡهِمۡ شَهِيدٗا مَّا دُمۡتُ فِيهِمۡۖ فَلَمَّا تَوَفَّيۡتَنِي كُنتَ أَنتَ ٱلرَّقِيبَ عَلَيۡهِمۡۚ وَأَنتَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ﴿117﴾

Mən onlara ancaq Sə­nin mənə əmr etdiyini: “Mə­nim də Rəb­bim, sizin də Rəb­biniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şa­hid idim. Sən mə­ni onların ara­sından götür­dükdən son­ra isə onlara nəzarət edən Özün ol­dun. Sən hər şeyə Şahidsən.

5:118

إِن تُعَذِّبۡهُمۡ فَإِنَّهُمۡ عِبَادُكَۖ وَإِن تَغۡفِرۡ لَهُمۡ فَإِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿118﴾

Əgər onlara əzab ver­sən, sözsüz ki, onlar Sənin qul­la­rın­dır. Əgər onları bağışla­san, şüb­həsiz ki, Sən Qüdrət­li­sən, Müd­rik­sən!”

5:119

قَالَ ٱللَّهُ هَٰذَا يَوۡمُ يَنفَعُ ٱلصَّـٰدِقِينَ صِدۡقُهُمۡۚ لَهُمۡ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ﴿119﴾

Allah dedi: “Bu, doğru da­nışan­la­ra doğruluqlarının fay­da ve­rəcəyi gün­dür! Onlar üçün ağacları altından çay­lar axan və için­də əbədi qalacaq­ları cən­nətlər hazırlan­mışdır”. Allah on­­lardan razı­dır, onlar da On­dan razıdır­lar. Bu, böyük uğur­dur.

5:120

لِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا فِيهِنَّۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرُۢ ﴿120﴾

Göylərin, yerin və on­la­rın ara­sında olanların hökm­ranlığı Allaha məx­susdur və O, hər şeyə qadirdir.