quranm◉

Səhifə 13

Range
from 2:84 to 2:88
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

2:84

وَإِذۡ أَخَذۡنَا مِيثَٰقَكُمۡ لَا تَسۡفِكُونَ دِمَآءَكُمۡ وَلَا تُخۡرِجُونَ أَنفُسَكُم مِّن دِيَٰرِكُمۡ ثُمَّ أَقۡرَرۡتُمۡ وَأَنتُمۡ تَشۡهَدُونَ ﴿84﴾

O zaman Biz sizinlə: “Bir-biri­ni­zin qanını tökməyə­cək­si­niz, bir-birinizi yurd­ları­nızdan çı­xarmaya­caqsınız!”– deyə əhd kəs­dik. Sonra da siz özünüz şa­hidlik edə­rək bu əhdi təsdiq­lə­di­niz.

2:85

ثُمَّ أَنتُمۡ هَـٰٓؤُلَآءِ تَقۡتُلُونَ أَنفُسَكُمۡ وَتُخۡرِجُونَ فَرِيقٗا مِّنكُم مِّن دِيَٰرِهِمۡ تَظَٰهَرُونَ عَلَيۡهِم بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَإِن يَأۡتُوكُمۡ أُسَٰرَىٰ تُفَٰدُوهُمۡ وَهُوَ مُحَرَّمٌ عَلَيۡكُمۡ إِخۡرَاجُهُمۡۚ أَفَتُؤۡمِنُونَ بِبَعۡضِ ٱلۡكِتَٰبِ وَتَكۡفُرُونَ بِبَعۡضٖۚ فَمَا جَزَآءُ مَن يَفۡعَلُ ذَٰلِكَ مِنكُمۡ إِلَّا خِزۡيٞ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يُرَدُّونَ إِلَىٰٓ أَشَدِّ ٱلۡعَذَابِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ﴿85﴾

Bu əhddən sonra siz yenə də bir-bi­rini­zi öldürür, özü­nüz­­dən olan bir dəs­təni öz yurd­undan çı­­xarır, onlara qar­şı pislik və düş­mən­çi­lik et­mək­də bir-biri­ni­zə kömək edir­si­niz. Onlar əsir tu­tu­­lub ya­nı­nı­za gə­tiriləndə, fidyə ve­rib on­ları azad edirsiniz. Hal­bu­ki on­ları yurdların­dan çıxart­maq si­zə haram edil­mişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, di­gər qis­minə küfr edirsi­niz?! Siz­lər­dən bunu edənin cəzası dünya hə­­yatında ancaq rüsvay ol­maq, Qi­ya­mət gü­nü isə ən şid­dətli əzaba düçar olmaqdır. Allah sizin et­dik­lə­riniz­dən qafil de­yil­dir.

2:86

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا بِٱلۡأٓخِرَةِۖ فَلَا يُخَفَّفُ عَنۡهُمُ ٱلۡعَذَابُ وَلَا هُمۡ يُنصَرُونَ ﴿86﴾

Onlar axirət qarşılığında dün­ya hə­ya­tını satın alan kimsə­lər­dir. Ona görə də on­ların nə əzabı yün­gülləş­di­rilə­cək, nə də on­lara kö­mək gös­təri­lə­cək­dir.

2:87

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَقَفَّيۡنَا مِنۢ بَعۡدِهِۦ بِٱلرُّسُلِۖ وَءَاتَيۡنَا عِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱلۡبَيِّنَٰتِ وَأَيَّدۡنَٰهُ بِرُوحِ ٱلۡقُدُسِۗ أَفَكُلَّمَا جَآءَكُمۡ رَسُولُۢ بِمَا لَا تَهۡوَىٰٓ أَنفُسُكُمُ ٱسۡتَكۡبَرۡتُمۡ فَفَرِيقٗا كَذَّبۡتُمۡ وَفَرِيقٗا تَقۡتُلُونَ ﴿87﴾

Biz Musaya Kitab ver­dik və on­dan sonra bir-birinin ar­dın­ca elçi­lər gön­dərdik. Biz Mər­yəm oğlu İsa­ya da açıq-ay­dın dəlillər ver­dik və onu mü­qəddəs ruhla qüv­vət­ləndir­dik. Hər dəfə sizə göndərilən elçi ürəyi­nizə yat­ma­yan bir şey gəti­rəndə, siz tə­kəbbür gös­tər­mə­di­niz­mi?! Siz on­ların bir qismini ya­lançı hesab etdiniz, bir qis­mini isə öldürdünüz.

2:88

وَقَالُواْ قُلُوبُنَا غُلۡفُۢۚ بَل لَّعَنَهُمُ ٱللَّهُ بِكُفۡرِهِمۡ فَقَلِيلٗا مَّا يُؤۡمِنُونَ ﴿88﴾

Onlar dedilər: “Qəlblə­ri­miz örtüldür!” Xeyr, Allah on­la­rı küfr­lərinə görə lə­nət­­lə­miş­dir. Odur ki, on­lar ol­duq­ca az ina­nır­lar.