quranm◉

Səhifə 12

Range
from 2:77 to 2:83
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

2:77

أَوَلَا يَعۡلَمُونَ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَ ﴿77﴾

Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıq­la­rını və aşka­ra çıxartdıqlarını bilir?

2:78

وَمِنۡهُمۡ أُمِّيُّونَ لَا يَعۡلَمُونَ ٱلۡكِتَٰبَ إِلَّآ أَمَانِيَّ وَإِنۡ هُمۡ إِلَّا يَظُنُّونَ ﴿78﴾

Onların arasında Kitabı bil­­mə­yən elə savadsızlar var­dır ki, onlar an­caq xülyalara dalar və ancaq zənnə uyarlar.

2:79

فَوَيۡلٞ لِّلَّذِينَ يَكۡتُبُونَ ٱلۡكِتَٰبَ بِأَيۡدِيهِمۡ ثُمَّ يَقُولُونَ هَٰذَا مِنۡ عِندِ ٱللَّهِ لِيَشۡتَرُواْ بِهِۦ ثَمَنٗا قَلِيلٗاۖ فَوَيۡلٞ لَّهُم مِّمَّا كَتَبَتۡ أَيۡدِيهِمۡ وَوَيۡلٞ لَّهُم مِّمَّا يَكۡسِبُونَ ﴿79﴾

Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, son­ra da: “Bu, Allah tərəfin­dən­dir!”– deyir­lər ki, bunun­ sayəsində bir az pul əldə et­sin­lər. Öz əlləri ilə yaz­dıq­la­rı­na görə vay on­la­rın halına! Qa­­zan­dıq­ları şeyə görə də vay on­la­rın halına!

2:80

وَقَالُواْ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامٗا مَّعۡدُودَةٗۚ قُلۡ أَتَّخَذۡتُمۡ عِندَ ٱللَّهِ عَهۡدٗا فَلَن يُخۡلِفَ ٱللَّهُ عَهۡدَهُۥٓۖ أَمۡ تَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ﴿80﴾

Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxuna­caq!” De: “Məgər siz Allahdan əhd al­mısı­nız? Bilin ki, Allah ver­diyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Alla­ha qarşı bilmədi­yi­nizi danışırsı­nız?!”

2:81

بَلَىٰۚ مَن كَسَبَ سَيِّئَةٗ وَأَحَٰطَتۡ بِهِۦ خَطِيٓـَٔتُهُۥ فَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿81﴾

Xeyr! Günah qazanan və xə­taları özlərini bürüyən kim­sə­lər – məhz onlar Od sakinlə­ridirlər. Onlar ora­da əbədi qalacaq­lar!

2:82

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿82﴾

İman gətirib saleh əməllər edənlərə gəlincə, onlar Cənnət sa­kinləri­dirlər­. On­lar orada əbə­di qala­caq­lar!

2:83

وَإِذۡ أَخَذۡنَا مِيثَٰقَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ لَا تَعۡبُدُونَ إِلَّا ٱللَّهَ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَانٗا وَذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَقُولُواْ لِلنَّاسِ حُسۡنٗا وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ ثُمَّ تَوَلَّيۡتُمۡ إِلَّا قَلِيلٗا مِّنكُمۡ وَأَنتُم مُّعۡرِضُونَ ﴿83﴾

Bir zaman Biz İsrail oğul­ları ilə: “Allah­dan qeyrisinə iba­dət et­məyə­cək, vali­deyn­lərə, qo­hum-əq­rəbaya, yetimlə­rə və ka­sıblara xe­yirxahlıq edəcək, in­san­lara xoş söz deyəcək, na­maz qıla­caq və zə­kat ve­rəcək­siniz!”– deyə əhd bağ­­ladıq. Son­ra az bir qismi­niz is­tis­na ol­maq­la, üz çe­vi­rib dön­dü­nüz.