quranm◉

Səhifə 134

Range
from 6:53 to 6:59
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

6:53

وَكَذَٰلِكَ فَتَنَّا بَعۡضَهُم بِبَعۡضٖ لِّيَقُولُوٓاْ أَهَـٰٓؤُلَآءِ مَنَّ ٱللَّهُ عَلَيۡهِم مِّنۢ بَيۡنِنَآۗ أَلَيۡسَ ٱللَّهُ بِأَعۡلَمَ بِٱلشَّـٰكِرِينَ ﴿53﴾

Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar de­sinlər: “Mə­gər Allah bizim ara­mızdan ancaq bun­la­ra lütf gös­tər­mişdir?” Allah şü­­kür edən­ləri daha yaxşı tanı­yan de­yil­­mi?

6:54

وَإِذَا جَآءَكَ ٱلَّذِينَ يُؤۡمِنُونَ بِـَٔايَٰتِنَا فَقُلۡ سَلَٰمٌ عَلَيۡكُمۡۖ كَتَبَ رَبُّكُمۡ عَلَىٰ نَفۡسِهِ ٱلرَّحۡمَةَ أَنَّهُۥ مَنۡ عَمِلَ مِنكُمۡ سُوٓءَۢا بِجَهَٰلَةٖ ثُمَّ تَابَ مِنۢ بَعۡدِهِۦ وَأَصۡلَحَ فَأَنَّهُۥ غَفُورٞ رَّحِيمٞ ﴿54﴾

Ayələrimizə iman gəti­rən­lər sə­nin yanına gəldikdə onlara de: “Sizə sa­lam olsun! Rəbbiniz Özünə rəhmli ol­mağı əzəldən yaz­mış­dır; sizlərdən hər kəs avam­lığı üzündən pis iş görsə, son­ra töv­bə edib əməl­lə­rini islah etsə, Allah onu ba­ğış­layar. Həqiqətən, O, Ba­ğış­la­yan­dır, Rəhmlidir”.

6:55

وَكَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ وَلِتَسۡتَبِينَ سَبِيلُ ٱلۡمُجۡرِمِينَ ﴿55﴾

Günahkarların tutduğu yo­lun ay­dınlaşdırılması üçün Biz ayə­lərimizi be­ləcə bir-bir izah edirik.

6:56

قُلۡ إِنِّي نُهِيتُ أَنۡ أَعۡبُدَ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِۚ قُل لَّآ أَتَّبِعُ أَهۡوَآءَكُمۡ قَدۡ ضَلَلۡتُ إِذٗا وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُهۡتَدِينَ ﴿56﴾

De: “Allahdan başqa yal­var­dıq­larınıza ibadət etmək mə­nə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin is­təklə­rinə uy­ma­ram. Əks halda mən haqq yoldan azar və doğru yola yönəl­miş­­lər­dən olmaram”.

6:57

قُلۡ إِنِّي عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَكَذَّبۡتُم بِهِۦۚ مَا عِندِي مَا تَسۡتَعۡجِلُونَ بِهِۦٓۚ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِۖ يَقُصُّ ٱلۡحَقَّۖ وَهُوَ خَيۡرُ ٱلۡفَٰصِلِينَ ﴿57﴾

De: “Mən Rəbbimdən na­zil olan açıq-aydın bir dəlilə əsasla­nı­ram. Siz isə onu yalan saydınız. Sizin səbir­siz­lik­lə can atdığınız əzab məndə deyildir. Hökm yal­nız Allaha məxsus­dur. Allah haqqı söy­ləyir və O, ayırd edənlərin ən yaxşısıdır”.

6:58

قُل لَّوۡ أَنَّ عِندِي مَا تَسۡتَعۡجِلُونَ بِهِۦ لَقُضِيَ ٱلۡأَمۡرُ بَيۡنِي وَبَيۡنَكُمۡۗ وَٱللَّهُ أَعۡلَمُ بِٱلظَّـٰلِمِينَ ﴿58﴾

De: “Əgər səbirsizliklə can atdı­ğı­nız əzab mənim əlim­də ol­saydı, əlbət­tə, mənimlə si­zin ara­nızda iş bitmiş olar­dı. Allah za­lımları daha yaxşı ta­nıyır”.

6:59

وَعِندَهُۥ مَفَاتِحُ ٱلۡغَيۡبِ لَا يَعۡلَمُهَآ إِلَّا هُوَۚ وَيَعۡلَمُ مَا فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِۚ وَمَا تَسۡقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعۡلَمُهَا وَلَا حَبَّةٖ فِي ظُلُمَٰتِ ٱلۡأَرۡضِ وَلَا رَطۡبٖ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٖ ﴿59﴾

Qeybin açarları Onun ya­nında­dır, Onları yalnız O bilir. O, quruda və də­nizdə nə­lər ol­duğunu bilir. Onun xə­bəri ol­madan ye­rə düşən bir yarpaq be­lə yoxdur. Yerin qaranlıq­la­rında elə bir to­xum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məh­fuzda) olmasın.