quranm◉

Səhifə 135

Range
from 6:60 to 6:68
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

6:60

وَهُوَ ٱلَّذِي يَتَوَفَّىٰكُم بِٱلَّيۡلِ وَيَعۡلَمُ مَا جَرَحۡتُم بِٱلنَّهَارِ ثُمَّ يَبۡعَثُكُمۡ فِيهِ لِيُقۡضَىٰٓ أَجَلٞ مُّسَمّٗىۖ ثُمَّ إِلَيۡهِ مَرۡجِعُكُمۡ ثُمَّ يُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿60﴾

Gecələr sizi yatızdıran, gün­düz­lər isə nələr etdiyinizi bilən Odur. Son­ra O, sizi sə­hər­lər oya­dır ki, müəyyən olun­muş əcə­liniz gəlib çatsın. Son­ra isə dönü­şünüz Ona ola­caq. O, nə etdiklə­ri­niz ba­rədə sizə xəbər verəcək­dir.

6:61

وَهُوَ ٱلۡقَاهِرُ فَوۡقَ عِبَادِهِۦۖ وَيُرۡسِلُ عَلَيۡكُمۡ حَفَظَةً حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ تَوَفَّتۡهُ رُسُلُنَا وَهُمۡ لَا يُفَرِّطُونَ ﴿61﴾

O Öz qulları üzərində müt­ləq ha­kimiyyət sahibidir. O sizə gö­zətçi mə­ləklər gön­də­rir. Nəha­yət sizlərdən biri­nə ölüm gəl­di­yi za­man elçilə­ri­miz mələk­­lər onun ca­nı­nı alır­lar və heç bir səhvə yol ver­mir­lər.

6:62

ثُمَّ رُدُّوٓاْ إِلَى ٱللَّهِ مَوۡلَىٰهُمُ ٱلۡحَقِّۚ أَلَا لَهُ ٱلۡحُكۡمُ وَهُوَ أَسۡرَعُ ٱلۡحَٰسِبِينَ ﴿62﴾

Sonra onlar öz­lə­rinin hə­qiqi Hi­mayədarı olan Allaha qayta­rılacaq­lar. Hökm yalnız Ona məx­susdur və O, ən tez haqq-hesab çəkən­dir.

6:63

قُلۡ مَن يُنَجِّيكُم مِّن ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ تَدۡعُونَهُۥ تَضَرُّعٗا وَخُفۡيَةٗ لَّئِنۡ أَنجَىٰنَا مِنۡ هَٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّـٰكِرِينَ ﴿63﴾

De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əl­bət­tə ki, şü­kür edənlərdən olarıq”– deyə yal­var­dı­ğınız za­man sizi qu­runun və dənizin zülmətlərindən xilas edən kim­dir?”

6:64

قُلِ ٱللَّهُ يُنَجِّيكُم مِّنۡهَا وَمِن كُلِّ كَرۡبٖ ثُمَّ أَنتُمۡ تُشۡرِكُونَ ﴿64﴾

De: “Ondan və bütün başqa sıxın­tılardan sizi Allah xilas edir. Sonra siz yenə də Ona şərik qoşur­sunuz”.

6:65

قُلۡ هُوَ ٱلۡقَادِرُ عَلَىٰٓ أَن يَبۡعَثَ عَلَيۡكُمۡ عَذَابٗا مِّن فَوۡقِكُمۡ أَوۡ مِن تَحۡتِ أَرۡجُلِكُمۡ أَوۡ يَلۡبِسَكُمۡ شِيَعٗا وَيُذِيقَ بَعۡضَكُم بَأۡسَ بَعۡضٍۗ ٱنظُرۡ كَيۡفَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ لَعَلَّهُمۡ يَفۡقَهُونَ ﴿65﴾

De: “Allah başınızın üs­tün­dən və ya ayaqlarınızın al­tından sizə əzab gön­dər­məyə, ya da sizi qarışıqlığa sa­lıb dəs­tə-dəstə et­məyə və birinizə di­gəri­nin gü­cünü dad­dırmağa qa­dirdir”. Gör ayə­lərimizi necə izah edirik ki, bəl­kə başa düş­sünlər.

6:66

وَكَذَّبَ بِهِۦ قَوۡمُكَ وَهُوَ ٱلۡحَقُّۚ قُل لَّسۡتُ عَلَيۡكُم بِوَكِيلٖ ﴿66﴾

Quran həqiqət ola-ola sə­nin qöv­mün onu yalan saydı. De: “Mən sizi qo­ru­yan deyi­ləm”.

6:67

لِّكُلِّ نَبَإٖ مُّسۡتَقَرّٞۚ وَسَوۡفَ تَعۡلَمُونَ ﴿67﴾

Hər bir xəbərin gerçəklə­şə­cəyi mü­əyyən vaxtı var və siz onu biləcəksiniz.

6:68

وَإِذَا رَأَيۡتَ ٱلَّذِينَ يَخُوضُونَ فِيٓ ءَايَٰتِنَا فَأَعۡرِضۡ عَنۡهُمۡ حَتَّىٰ يَخُوضُواْ فِي حَدِيثٍ غَيۡرِهِۦۚ وَإِمَّا يُنسِيَنَّكَ ٱلشَّيۡطَٰنُ فَلَا تَقۡعُدۡ بَعۡدَ ٱلذِّكۡرَىٰ مَعَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ ﴿68﴾

Ayələrimizi məsxərəyə qo­yanları gördüyün zaman, on­lar baş­qa söhbətə keçənə qə­dər on­lardan üz çevir. Əgər şey­tan bunu sənə unutdursa, xatırla­dıq­dan son­ra zalım tayfa ilə birgə otur­ma.