quranm◉

Səhifə 140

Range
from 6:95 to 6:101
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

6:95

إِنَّ ٱللَّهَ فَالِقُ ٱلۡحَبِّ وَٱلنَّوَىٰۖ يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَمُخۡرِجُ ٱلۡمَيِّتِ مِنَ ٱلۡحَيِّۚ ذَٰلِكُمُ ٱللَّهُۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ﴿95﴾

Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölü­dən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də haqdan döndərilir­siniz!

6:96

فَالِقُ ٱلۡإِصۡبَاحِ وَجَعَلَ ٱلَّيۡلَ سَكَنٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ حُسۡبَانٗاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ ﴿96﴾

Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə vaxt üçün he­sablama ölçüsü etdi. Bu, Qüdrətli və Bi­lən Alla­hın mü­əyyən etdiyi hökmdür.

6:97

وَهُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلنُّجُومَ لِتَهۡتَدُواْ بِهَا فِي ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِۗ قَدۡ فَصَّلۡنَا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ ﴿97﴾

Qurunun və dənizin qa­ran­lıq­la­rında yolu tapa bilə­si­niz de­yə sizin üçün ulduzları yaradan Odur. Artıq Biz ayə­ləri bilən bir qövmə izah etdik.

6:98

وَهُوَ ٱلَّذِيٓ أَنشَأَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ فَمُسۡتَقَرّٞ وَمُسۡتَوۡدَعٞۗ قَدۡ فَصَّلۡنَا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَفۡقَهُونَ ﴿98﴾

Sizi tək bir candan ya­ra­dan Odur. Sizin üçün qərar tu­ta­ca­ğı­nız və əmanət sax­la­nılan yer vardır. Artıq Biz ayələri anlayan bir qövmə izah etdik.

6:99

وَهُوَ ٱلَّذِيٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦ نَبَاتَ كُلِّ شَيۡءٖ فَأَخۡرَجۡنَا مِنۡهُ خَضِرٗا نُّخۡرِجُ مِنۡهُ حَبّٗا مُّتَرَاكِبٗا وَمِنَ ٱلنَّخۡلِ مِن طَلۡعِهَا قِنۡوَانٞ دَانِيَةٞ وَجَنَّـٰتٖ مِّنۡ أَعۡنَابٖ وَٱلزَّيۡتُونَ وَٱلرُّمَّانَ مُشۡتَبِهٗا وَغَيۡرَ مُتَشَٰبِهٍۗ ٱنظُرُوٓاْ إِلَىٰ ثَمَرِهِۦٓ إِذَآ أَثۡمَرَ وَيَنۡعِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكُمۡ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿99﴾

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini ye­tiş­dir­dik, on­dan yaşıl otlar bi­tirdik, onlar­dan da üst-üstə dü­zül­müş də­nələr çıxartdıq. Xur­ma ağacından, onun tumur­cuğun­dan sallan­­mış sal­­xımlar yetişir. Biz həmçinin üzüm bağ­ları, bir-bi­rinə bənzə­yən və bənzə­mə­yən zeytun və nar ağac­ları da yetiş­di­rdik. Bar ver­diyi və ye­tişdiyi za­man onların meyvə­sinə ba­xın. Şübhəsiz ki, bun­larda iman gətirən adamlar üçün də­lil­lər vardır.

6:100

وَجَعَلُواْ لِلَّهِ شُرَكَآءَ ٱلۡجِنَّ وَخَلَقَهُمۡۖ وَخَرَقُواْ لَهُۥ بَنِينَ وَبَنَٰتِۭ بِغَيۡرِ عِلۡمٖۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَصِفُونَ ﴿100﴾

Onlar cinləri Allaha şə­rik qoş­du­­lar. Halbuki onları da Allah yarat­mış­dır. Onlar Allah haqqında bir şey bil­mə­dən Onun üçün öz­lə­rindən oğullar və qız­lar uydur­dular. Allah onların uy­dur­duqları si­fət­lərdən uzaq­dır və uca­dır.

6:101

بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ أَنَّىٰ يَكُونُ لَهُۥ وَلَدٞ وَلَمۡ تَكُن لَّهُۥ صَٰحِبَةٞۖ وَخَلَقَ كُلَّ شَيۡءٖۖ وَهُوَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿101﴾

O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olma­dığı hal­da övladı necə ola bi­lər? Hər şeyi O xəlq etmiş­dir. O, hər şeyi bi­lir.