quranm◉

Surə Al-An'am 6:99

وَهُوَ ٱلَّذِيٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦ نَبَاتَ كُلِّ شَيۡءٖ فَأَخۡرَجۡنَا مِنۡهُ خَضِرٗا نُّخۡرِجُ مِنۡهُ حَبّٗا مُّتَرَاكِبٗا وَمِنَ ٱلنَّخۡلِ مِن طَلۡعِهَا قِنۡوَانٞ دَانِيَةٞ وَجَنَّـٰتٖ مِّنۡ أَعۡنَابٖ وَٱلزَّيۡتُونَ وَٱلرُّمَّانَ مُشۡتَبِهٗا وَغَيۡرَ مُتَشَٰبِهٍۗ ٱنظُرُوٓاْ إِلَىٰ ثَمَرِهِۦٓ إِذَآ أَثۡمَرَ وَيَنۡعِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكُمۡ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿٩٩﴾

◉

Tərcümə

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini ye­tiş­dir­dik, on­dan yaşıl otlar bi­tirdik, onlar­dan da üst-üstə dü­zül­müş də­nələr çıxartdıq. Xur­ma ağacından, onun tumur­cuğun­dan sallan­­mış sal­­xımlar yetişir. Biz həmçinin üzüm bağ­ları, bir-bi­rinə bənzə­yən və bənzə­mə­yən zeytun və nar ağac­ları da yetiş­di­rdik. Bar ver­diyi və ye­tişdiyi za­man onların meyvə­sinə ba­xın. Şübhəsiz ki, bun­larda iman gətirən adamlar üçün də­lil­lər vardır.
— Alikhan Musayev
Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın Öz qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞