quranm◉

Səhifə 143

Range
from 6:119 to 6:124
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

6:119

وَمَا لَكُمۡ أَلَّا تَأۡكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَقَدۡ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيۡكُمۡ إِلَّا مَا ٱضۡطُرِرۡتُمۡ إِلَيۡهِۗ وَإِنَّ كَثِيرٗا لَّيُضِلُّونَ بِأَهۡوَآئِهِم بِغَيۡرِ عِلۡمٍۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِٱلۡمُعۡتَدِينَ ﴿119﴾

Allah, – məcburiyyət qar­şısında yeyəcəyiniz şeylər istisna ol­maqla – ha­ram buyu­rulanları təfsilatı ilə sizə bil­­dirdiyi halda, üstündə Onun adı çəki­lənlərdən nə üçün ye­məyəsi­niz? Şüb­həsiz ki, çox­la­rı elmsiz olduqları üçün öz is­təklərinə uyub insanları doğ­ru yol­dan azdırırlar. Həqiqə­tən, sə­nin Rəb­bin, həddi aşan­ları da­ha yaxşı tanıyır.

6:120

وَذَرُواْ ظَٰهِرَ ٱلۡإِثۡمِ وَبَاطِنَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ يَكۡسِبُونَ ٱلۡإِثۡمَ سَيُجۡزَوۡنَ بِمَا كَانُواْ يَقۡتَرِفُونَ ﴿120﴾

Günahın aşkarından da, gizli­sin­dən də əl çəkin! Şübhə­siz ki, günah qa­zananlar etdik­ləri əməllərə görə cəza­lan­dı­rı­lacaqlar.

6:121

وَلَا تَأۡكُلُواْ مِمَّا لَمۡ يُذۡكَرِ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَإِنَّهُۥ لَفِسۡقٞۗ وَإِنَّ ٱلشَّيَٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوۡلِيَآئِهِمۡ لِيُجَٰدِلُوكُمۡۖ وَإِنۡ أَطَعۡتُمُوهُمۡ إِنَّكُمۡ لَمُشۡرِكُونَ ﴿121﴾

Üstündə Allahın adı çə­ki­lməmiş – “bismilləh” deyi­lib kə­­sil­mə­miş heyvan­lar­dan ye­məyin. Çünki bu, günah­dır. Hə­qi­qə­tən, şey­tan­lar öz dost­larına si­zinlə mü­bahisə etmək üçün ba­til əqidə­lər təl­qin edir­lər. Əgər onlara itaət etsəniz, söz­süz ki, siz də müş­rik­lər­dən olar­sı­nız.

6:122

أَوَمَن كَانَ مَيۡتٗا فَأَحۡيَيۡنَٰهُ وَجَعَلۡنَا لَهُۥ نُورٗا يَمۡشِي بِهِۦ فِي ٱلنَّاسِ كَمَن مَّثَلُهُۥ فِي ٱلظُّلُمَٰتِ لَيۡسَ بِخَارِجٖ مِّنۡهَاۚ كَذَٰلِكَ زُيِّنَ لِلۡكَٰفِرِينَ مَا كَانُواْ يَعۡمَلُونَ ﴿122﴾

Məgər ölü ikən dirilt­di­yi­miz və özünə də insanlar ara­sın­da gəzmək üçün nur ver­di­yi­miz şəxs qaranlıqlar için­də qa­lıb ora­dan çıxa bilməyən kəs ki­mi ola bi­lərmi? Kafirlərə gör­dük­­lə­ri işlər be­ləcə gözəl­ləş­di­rildi.

6:123

وَكَذَٰلِكَ جَعَلۡنَا فِي كُلِّ قَرۡيَةٍ أَكَٰبِرَ مُجۡرِمِيهَا لِيَمۡكُرُواْ فِيهَاۖ وَمَا يَمۡكُرُونَ إِلَّا بِأَنفُسِهِمۡ وَمَا يَشۡعُرُونَ ﴿123﴾

Beləliklə hər bir ölkə­də oranın günahkarlarını başçı­lar tə­yin etdik ki, onlar orada müm­kün qədər yaramaz iş­lər gör­sün­lər. Hal­buki onlar o yaramaz işləri yalnız öz­lərinə qarşı edir­lər və bu­nu da hiss etmirlər.

6:124

وَإِذَا جَآءَتۡهُمۡ ءَايَةٞ قَالُواْ لَن نُّؤۡمِنَ حَتَّىٰ نُؤۡتَىٰ مِثۡلَ مَآ أُوتِيَ رُسُلُ ٱللَّهِۘ ٱللَّهُ أَعۡلَمُ حَيۡثُ يَجۡعَلُ رِسَالَتَهُۥۗ سَيُصِيبُ ٱلَّذِينَ أَجۡرَمُواْ صَغَارٌ عِندَ ٱللَّهِ وَعَذَابٞ شَدِيدُۢ بِمَا كَانُواْ يَمۡكُرُونَ ﴿124﴾

Onlara bir ayə gəldik­də: “Alla­hın elçilərinə verilə­nin bən­zə­ri bizə də verilmə­yincə iman gətirməyəcəyik”– de­di­lər. Allah pey­ğəmbərliyini kimə ve­rəcəyini daha yaxşı bilir. Gü­nahkar­lar, qur­duqları hiylələrə görə Allahın hüzurun­da rəzil ola­caq və şid­dət­li əzab çə­kə­cəklər.