quranm◉

Səhifə 142

Range
from 6:111 to 6:118
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

6:111

وَلَوۡ أَنَّنَا نَزَّلۡنَآ إِلَيۡهِمُ ٱلۡمَلَـٰٓئِكَةَ وَكَلَّمَهُمُ ٱلۡمَوۡتَىٰ وَحَشَرۡنَا عَلَيۡهِمۡ كُلَّ شَيۡءٖ قُبُلٗا مَّا كَانُواْ لِيُؤۡمِنُوٓاْ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ يَجۡهَلُونَ ﴿111﴾

Əgər Biz onlara mələk­ləri gön­dərsəydik, ölülər də onlarla danış­saydı və hər şeyi onların qarşısına top­la­say­dıq, Allah istə­mə­yincə, onlar iman gə­tir­məz­dilər. Lakin onların çoxu bunu bilmir.

6:112

وَكَذَٰلِكَ جَعَلۡنَا لِكُلِّ نَبِيٍّ عَدُوّٗا شَيَٰطِينَ ٱلۡإِنسِ وَٱلۡجِنِّ يُوحِي بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٖ زُخۡرُفَ ٱلۡقَوۡلِ غُرُورٗاۚ وَلَوۡ شَآءَ رَبُّكَ مَا فَعَلُوهُۖ فَذَرۡهُمۡ وَمَا يَفۡتَرُونَ ﴿112﴾

Beləliklə, Biz hər bir pey­ğəmbər üçün insanlar və cin­lər­dən olan şeytan­ları düş­mən­ müəyyən etdik. Bunlar aldat­maq məq­sədilə bir-birlə­ri­nə təm­təraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəy­di, onlar bunu etməz­di­lər. Onları uydurduqları şey­lər­lə birlik­də tərk et.

6:113

وَلِتَصۡغَىٰٓ إِلَيۡهِ أَفۡـِٔدَةُ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ وَلِيَرۡضَوۡهُ وَلِيَقۡتَرِفُواْ مَا هُم مُّقۡتَرِفُونَ ﴿113﴾

Bu ona görədir ki, axi­rə­tə inanma­yanların ürəkləri təm­­tə­raqlı sözlərə meyl etsin, bun­dan razı qalsınlar və gör­dük­lə­ri pis işləri bir daha gör­sünlər.

6:114

أَفَغَيۡرَ ٱللَّهِ أَبۡتَغِي حَكَمٗا وَهُوَ ٱلَّذِيٓ أَنزَلَ إِلَيۡكُمُ ٱلۡكِتَٰبَ مُفَصَّلٗاۚ وَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡلَمُونَ أَنَّهُۥ مُنَزَّلٞ مِّن رَّبِّكَ بِٱلۡحَقِّۖ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُمۡتَرِينَ ﴿114﴾

De: “Allah bu Kitabı si­zə təfər­rü­atı ilə nazil etdiyi hal­da, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Ki­tab verdik­lə­rimiz bilirlər ki, o, həqi­qə­tən, sənin Rəbbin tərə­findən nazil edil­mişdir. Odur ki, şübhə edənlərdən olma.

6:115

وَتَمَّتۡ كَلِمَتُ رَبِّكَ صِدۡقٗا وَعَدۡلٗاۚ لَّا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿115﴾

Rəbbinin kəlamı həm doğ­ruluq, həm də ədalət baxı­mın­dan tamam­lan­mışdır. Heç kəs Onun kəlmələrini də­yi­şə bil­məz. O, Eşidəndir, Biləndir.

6:116

وَإِن تُطِعۡ أَكۡثَرَ مَن فِي ٱلۡأَرۡضِ يُضِلُّوكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ ﴿116﴾

Əgər sən yer üzündə olan­ların ək­səriyyətinə itaət et­­sən, on­lar səni Allah yolun­dan azdı­rarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydu­rur­lar.

6:117

إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِۦۖ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ﴿117﴾

Həqiqətən, sənin Rəbbin, Onun yolundan azanları daha yax­şı tanıyır. O, doğru yolda olan­ları da yaxşı tanı­yır.

6:118

فَكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ إِن كُنتُم بِـَٔايَٰتِهِۦ مُؤۡمِنِينَ ﴿118﴾

Əgər Allahın ayələrinə ima­n gətirmişsinizsə, üstündə Onun adı çə­kilmiş – “bis­milləh” de­yi­lib kə­silmiş heyvanlardan ye­yin.