quranm◉

Səhifə 150

Range
from 6:158 to 6:165
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

6:158

هَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ رَبُّكَ أَوۡ يَأۡتِيَ بَعۡضُ ءَايَٰتِ رَبِّكَۗ يَوۡمَ يَأۡتِي بَعۡضُ ءَايَٰتِ رَبِّكَ لَا يَنفَعُ نَفۡسًا إِيمَٰنُهَا لَمۡ تَكُنۡ ءَامَنَتۡ مِن قَبۡلُ أَوۡ كَسَبَتۡ فِيٓ إِيمَٰنِهَا خَيۡرٗاۗ قُلِ ٱنتَظِرُوٓاْ إِنَّا مُنتَظِرُونَ ﴿158﴾

Yoxsa onlar ancaq ya mələk­lə­rin, ya Rəbbinin və ya­xud da Rəbbinin bəzi əlamət­lərinin gəlmə­sini gözləyir­lər? Rəbbinin bəzi əlamətləri gələ­cəyi gün əv­vəlcə iman gətir­mə­miş və ya ima­nında bir xeyir qazanmamış kimsəyə iman gə­tirməsi fayda verməyə­cək­dir. De: “Gözləyin, şübhə­siz ki, Biz də göz­ləyirik”.

6:159

إِنَّ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمۡ وَكَانُواْ شِيَعٗا لَّسۡتَ مِنۡهُمۡ فِي شَيۡءٍۚ إِنَّمَآ أَمۡرُهُمۡ إِلَى ٱللَّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُواْ يَفۡعَلُونَ ﴿159﴾

Dinlərini parçalayıb fir­qə-fir­qə olan­larla sənin heç bir əla­qən yox­dur. Onların işi Alla­ha aiddir. Sonra Allah onlara etdik­ləri əməllər barədə xəbər verə­cəkdir.

6:160

مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ عَشۡرُ أَمۡثَالِهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَا وَهُمۡ لَا يُظۡلَمُونَ ﴿160﴾

Kim yax­şı əməl gə­tirərsə, ona gətir­diyinin on qat əvəzi ve­ri­lər. Kim pis əməl gə­tirərsə, ona ancaq gə­tirdi­yi­nin misli qədər cəza ve­rilər. On­lara haq­sızlıq edilməz.

6:161

قُلۡ إِنَّنِي هَدَىٰنِي رَبِّيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ دِينٗا قِيَمٗا مِّلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۚ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ ﴿161﴾

De: “Həqiqətən, Rəb­bim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yö­nəlt­di. O heç vaxt müşrik­lər­dən ol­ma­mış­dı”.

6:162

قُلۡ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحۡيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿162﴾

De: “Şübhəsiz ki, mə­nim nama­zım da, qurbanım da, hə­ya­tım da, ölü­müm də aləm­lə­rin Rəbbi Allah üçün­dür!

6:163

لَا شَرِيكَ لَهُۥۖ وَبِذَٰلِكَ أُمِرۡتُ وَأَنَا۠ أَوَّلُ ٱلۡمُسۡلِمِينَ ﴿163﴾

Onun heç bir şəriki yox­dur. Mə­nə belə buyurul­muş­dur və mən müsəl­manların birinci­siyəm”.

6:164

قُلۡ أَغَيۡرَ ٱللَّهِ أَبۡغِي رَبّٗا وَهُوَ رَبُّ كُلِّ شَيۡءٖۚ وَلَا تَكۡسِبُ كُلُّ نَفۡسٍ إِلَّا عَلَيۡهَاۚ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ﴿164﴾

De: “Allah hər şeyin Rəbbi ol­duğu halda, mən On­dan baş­qa məbud­mu axtaraca­ğam?” Hər kəsin qazandığı gü­­nah yalnız öz əley­hinədir. Heç bir gü­nahkar baş­qasının güna­hını daşı­maz. Son­ra isə dönü­şünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz mə­sə­lələr barədə sizə xəbər verəcəkdir.

6:165

وَهُوَ ٱلَّذِي جَعَلَكُمۡ خَلَـٰٓئِفَ ٱلۡأَرۡضِ وَرَفَعَ بَعۡضَكُمۡ فَوۡقَ بَعۡضٖ دَرَجَٰتٖ لِّيَبۡلُوَكُمۡ فِي مَآ ءَاتَىٰكُمۡۗ إِنَّ رَبَّكَ سَرِيعُ ٱلۡعِقَابِ وَإِنَّهُۥ لَغَفُورٞ رَّحِيمُۢ ﴿165﴾

Verdiyi nemətlərlə sı­namaq üçün sizi yer üzünün xə­ləf­ləri təyin edən, bi­rinizi di­gə­rini­zin föv­qünə dərəcə-də­rə­cə qal­dı­ran Odur. Həqi­qə­tən, sənin Rəb­bin tezliklə cəza ve­rəndir. Həqiqətən, O, Ba­ğış­la­yandır, Rəhm­lidir.