quranm◉

Səhifə 151

Range
from 7:1 to 7:11
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

7:1

الٓمٓصٓ ﴿1﴾

Əlif. Ləm. Mim. Sad.

7:2

كِتَٰبٌ أُنزِلَ إِلَيۡكَ فَلَا يَكُن فِي صَدۡرِكَ حَرَجٞ مِّنۡهُ لِتُنذِرَ بِهِۦ وَذِكۡرَىٰ لِلۡمُؤۡمِنِينَ ﴿2﴾

Bu, insanları qorxutmaq və mö­minlərə öyüd-nəsihət ver­mək üçün sə­nə nazil edilən Ki­tabdır. Ona görə qəl­bin heç narahat ol­ma­sın.

7:3

ٱتَّبِعُواْ مَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُمۡ وَلَا تَتَّبِعُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۗ قَلِيلٗا مَّا تَذَكَّرُونَ ﴿3﴾

Rəbbinizdən sizə nazil edi­lənə ta­be olun. Onu qoyub baş­qa dostlara uy­mayın. Siz necə də az öyüd-nəsi­hət din­ləyir­si­niz.

7:4

وَكَم مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَا فَجَآءَهَا بَأۡسُنَا بَيَٰتًا أَوۡ هُمۡ قَآئِلُونَ ﴿4﴾

Biz neçə-neçə kəndləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya gü­nor­­ta çağı ya­tıb istirahət etdikləri vaxt gəl­di.

7:5

فَمَا كَانَ دَعۡوَىٰهُمۡ إِذۡ جَآءَهُم بَأۡسُنَآ إِلَّآ أَن قَالُوٓاْ إِنَّا كُنَّا ظَٰلِمِينَ ﴿5﴾

Əzabımız onları haqla­dı­ğı zaman onların çağırışları: “Həqi­qə­tən, biz za­lım olmu­şuq!”– de­məkdən başqa bir şey olmadı.

7:6

فَلَنَسۡـَٔلَنَّ ٱلَّذِينَ أُرۡسِلَ إِلَيۡهِمۡ وَلَنَسۡـَٔلَنَّ ٱلۡمُرۡسَلِينَ ﴿6﴾

Biz, mütləq elçi göndəri­lən üm­mə­ti və göndərilmiş el­çiləri sor­ğu-suala tutacağıq.

7:7

فَلَنَقُصَّنَّ عَلَيۡهِم بِعِلۡمٖۖ وَمَا كُنَّا غَآئِبِينَ ﴿7﴾

Onlara etdikləri əməlləri ba­­rədə Öz elmimizlə bildirə­cəyik. Axı Biz qaib de­yildik.

7:8

وَٱلۡوَزۡنُ يَوۡمَئِذٍ ٱلۡحَقُّۚ فَمَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ﴿8﴾

O gün əməllərin tərəzidə çə­kilməsi bir həqiqətdir. Tərə­zi­ləri ağır gələnlər – məhz onlar nicat ta­panlardır.

7:9

وَمَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَـٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُم بِمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَظۡلِمُونَ ﴿9﴾

Tərəziləri yüngül gələn­lər isə ayə­lərimizə qarşı haq­sızlıq et­diklərinə gö­rə özlərini ziyana uğradanlardır.

7:10

وَلَقَدۡ مَكَّنَّـٰكُمۡ فِي ٱلۡأَرۡضِ وَجَعَلۡنَا لَكُمۡ فِيهَا مَعَٰيِشَۗ قَلِيلٗا مَّا تَشۡكُرُونَ ﴿10﴾

Biz sizi yer üzündə yer­ləşdirdik və orada sizin üçün do­la­nı­şıq vasitələri yaratdıq. Ne­cə də az şükür edirsiniz!

7:11

وَلَقَدۡ خَلَقۡنَٰكُمۡ ثُمَّ صَوَّرۡنَٰكُمۡ ثُمَّ قُلۡنَا لِلۡمَلَـٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ لَمۡ يَكُن مِّنَ ٱلسَّـٰجِدِينَ ﴿11﴾

Sizi xəlq etdik, sonra si­zə surət verdik, sonra da mə­lək­lərə: “Adəmə səc­də edin!”– dedik. İb­lisdən başqa ha­mı­sı səc­də etdi. O, səcdə edənlər­dən ol­madı.