quranm◉

Səhifə 156

Range
from 7:44 to 7:51
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

7:44

وَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلۡجَنَّةِ أَصۡحَٰبَ ٱلنَّارِ أَن قَدۡ وَجَدۡنَا مَا وَعَدَنَا رَبُّنَا حَقّٗا فَهَلۡ وَجَدتُّم مَّا وَعَدَ رَبُّكُمۡ حَقّٗاۖ قَالُواْ نَعَمۡۚ فَأَذَّنَ مُؤَذِّنُۢ بَيۡنَهُمۡ أَن لَّعۡنَةُ ٱللَّهِ عَلَى ٱلظَّـٰلِمِينَ ﴿44﴾

Cənnət əhli Od sakin­lə­rini səs­lə­yib deyəcəklər: “Biz Rəb­bi­mi­zin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəb­bi­ni­zin sizə vəd etdiyinin doğru olduğunu gördünüz­mü?” Onlar: “Bə­li!”– deyə­cəklər. Bu zaman onların ara­sında bir car­çı səs­ləyib de­yə­cəkdir: “Alla­hın lə­nəti olsun zalımlara!

7:45

ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبۡغُونَهَا عِوَجٗا وَهُم بِٱلۡأٓخِرَةِ كَٰفِرُونَ ﴿45﴾

O kəslərə ki, insanları Allah yo­lundan sapdırır, onu əyri gös­tərməyə çalışır və axi­rəti inkar edirdilər”.

7:46

وَبَيۡنَهُمَا حِجَابٞۚ وَعَلَى ٱلۡأَعۡرَافِ رِجَالٞ يَعۡرِفُونَ كُلَّۢا بِسِيمَىٰهُمۡۚ وَنَادَوۡاْ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ أَن سَلَٰمٌ عَلَيۡكُمۡۚ لَمۡ يَدۡخُلُوهَا وَهُمۡ يَطۡمَعُونَ ﴿46﴾

Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi si­masından ta­nıyan insan­lar ola­caqdır ki, onlar Cən­nət əhlini səs­lə­yib: “Sizə salam ol­sun!” deyə­cəklər. Halbuki öz­ləri çox is­tə­dik­lə­ri halda hələ Cənnətə gir­məyə­cəklər.

7:47

وَإِذَا صُرِفَتۡ أَبۡصَٰرُهُمۡ تِلۡقَآءَ أَصۡحَٰبِ ٱلنَّارِ قَالُواْ رَبَّنَا لَا تَجۡعَلۡنَا مَعَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ ﴿47﴾

Onların gözləri Od sa­kinlərinə tərəf çevrildikdə isə deyə­cək­lər: “Ey Rəbbimiz, bizi zalım­lara tay tutma!”

7:48

وَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلۡأَعۡرَافِ رِجَالٗا يَعۡرِفُونَهُم بِسِيمَىٰهُمۡ قَالُواْ مَآ أَغۡنَىٰ عَنكُمۡ جَمۡعُكُمۡ وَمَا كُنتُمۡ تَسۡتَكۡبِرُونَ ﴿48﴾

Sədd əhli əlamət­lərin­dən ta­nı­dıq­la­rı adamları səsləyib de­yə­cək­lər: “Sizə nə yığdıqla­rı­nız, nə də təkəbbür­lük gös­tər­məyiniz fayda vermədi”.

7:49

أَهَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقۡسَمۡتُمۡ لَا يَنَالُهُمُ ٱللَّهُ بِرَحۡمَةٍۚ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ لَا خَوۡفٌ عَلَيۡكُمۡ وَلَآ أَنتُمۡ تَحۡزَنُونَ ﴿49﴾

“Allah onlara mərhəmət nəsib et­məyəcək”– deyə ba­rə­sin­də and içdi­yiniz kəslər bun­lar­dırmı?” Sədd əhlinə deyi­lə­cək­dir: “Cən­nə­tə girin! Sizə heç bir qorxu yoxdur və siz kədərlən­məyəcək­si­niz”.

7:50

وَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلنَّارِ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ أَنۡ أَفِيضُواْ عَلَيۡنَا مِنَ ٱلۡمَآءِ أَوۡ مِمَّا رَزَقَكُمُ ٱللَّهُۚ قَالُوٓاْ إِنَّ ٱللَّهَ حَرَّمَهُمَا عَلَى ٱلۡكَٰفِرِينَ ﴿50﴾

Od sakinləri Cənnət əh­lini səs­lə­yib deyəcəklər: “Bi­zim üs­tü­müzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafir­lərə haram etmişdir”.

7:51

ٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَهُمۡ لَهۡوٗا وَلَعِبٗا وَغَرَّتۡهُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ فَٱلۡيَوۡمَ نَنسَىٰهُمۡ كَمَا نَسُواْ لِقَآءَ يَوۡمِهِمۡ هَٰذَا وَمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ ﴿51﴾

O kəslərə ki, dinlərini əy­­lən­cə və oyun etmişdilər və dünya hə­yatı onları aldat­mış­dı. Onlar bu günləri ilə qarşı­laş­mağı unut­duq­ları və ayə­lə­ri­mizi in­kar etdikləri kimi, Biz də onları bu gün unu­darıq.