quranm◉

Səhifə 155

Range
from 7:38 to 7:43
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

7:38

قَالَ ٱدۡخُلُواْ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِكُم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ فِي ٱلنَّارِۖ كُلَّمَا دَخَلَتۡ أُمَّةٞ لَّعَنَتۡ أُخۡتَهَاۖ حَتَّىٰٓ إِذَا ٱدَّارَكُواْ فِيهَا جَمِيعٗا قَالَتۡ أُخۡرَىٰهُمۡ لِأُولَىٰهُمۡ رَبَّنَا هَـٰٓؤُلَآءِ أَضَلُّونَا فَـَٔاتِهِمۡ عَذَابٗا ضِعۡفٗا مِّنَ ٱلنَّارِۖ قَالَ لِكُلّٖ ضِعۡفٞ وَلَٰكِن لَّا تَعۡلَمُونَ ﴿38﴾

Allah deyəcək: “Sizdən əvvəl gə­lib-getmiş günahkar cin və in­san tay­fa­la­rı ilə bir­likdə Oda girin!” Hər bir tay­fa Oda gir­dikcə di­gərini lə­nətlə­yə­cək­dir. Nə­hayət, hamısı orada top­lan­dığı zaman sonra­kılar əv­vəlkilər barə­sində deyə­cəklər: “Ey Rəbbimiz! Bun­lar­­dır bizi azdıran! Elə isə Odda bun­la­ra iki­qat əzab ver!” Allah deyə­cək: “Əzab hər kəs üçün ikiqatdır, lakin siz bunu bil­mirsiniz!”

7:39

وَقَالَتۡ أُولَىٰهُمۡ لِأُخۡرَىٰهُمۡ فَمَا كَانَ لَكُمۡ عَلَيۡنَا مِن فَضۡلٖ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡسِبُونَ ﴿39﴾

Əvvəlkilər sonrakılara de­­yə­cək­lər: “Sizin bizim üzə­ri­miz­də heç bir üs­tün­lüyünüz olma­yıb. Elə isə qazandıq­ları­nıza görə da­dın əzabı!”

7:40

إِنَّ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱسۡتَكۡبَرُواْ عَنۡهَا لَا تُفَتَّحُ لَهُمۡ أَبۡوَٰبُ ٱلسَّمَآءِ وَلَا يَدۡخُلُونَ ٱلۡجَنَّةَ حَتَّىٰ يَلِجَ ٱلۡجَمَلُ فِي سَمِّ ٱلۡخِيَاطِۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُجۡرِمِينَ ﴿40﴾

Şübhəsiz ki, ayələrimizi yalan sa­yanlara və onlara tə­kəb­bür­lüklə ya­na­şanlara gö­yün qapı­ları açılmayacaq və dəvə iynənin gözün­dən keçməyincə on­lar Cən­nətə girməyəcəklər. Biz günah­kar­ları belə cəzalan­dırırıq.

7:41

لَهُم مِّن جَهَنَّمَ مِهَادٞ وَمِن فَوۡقِهِمۡ غَوَاشٖۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلظَّـٰلِمِينَ ﴿41﴾

Onların Cəhənnəm odun­­dan yata­ğı və yorğanları ola­caq­dır. Biz zalımları belə cəza­lan­dı­rırıq.

7:42

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿42﴾

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sa­kinləri­dir. On­lar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüv­vəsi çat­dı­ğı qədər yükləyirik.

7:43

وَنَزَعۡنَا مَا فِي صُدُورِهِم مِّنۡ غِلّٖ تَجۡرِي مِن تَحۡتِهِمُ ٱلۡأَنۡهَٰرُۖ وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي هَدَىٰنَا لِهَٰذَا وَمَا كُنَّا لِنَهۡتَدِيَ لَوۡلَآ أَنۡ هَدَىٰنَا ٱللَّهُۖ لَقَدۡ جَآءَتۡ رُسُلُ رَبِّنَا بِٱلۡحَقِّۖ وَنُودُوٓاْ أَن تِلۡكُمُ ٱلۡجَنَّةُ أُورِثۡتُمُوهَا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿43﴾

Biz onların kökslərin­də­ki kin-kü­durəti çıxaracağıq. On­ların ayaqları al­tından çay­lar axacaq. Onlar deyəcəklər: “Bi­zi buna qo­vuş­duran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etmə­səydi, biz özü­müz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbi­mizin el­çi­ləri haq­qı gətirmişdi­lər”. Onlara belə xitab ediləcək­dir: “Əməl­lə­ri­niz sayəsində va­ris oldu­ğu­nuz Cən­nət budur!”