quranm◉

Səhifə 159

Range
from 7:68 to 7:73
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

7:68

أُبَلِّغُكُمۡ رِسَٰلَٰتِ رَبِّي وَأَنَا۠ لَكُمۡ نَاصِحٌ أَمِينٌ ﴿68﴾

Mən Rəbbimin vəhy et­diyi hökm­lərini sizə təbliğ edi­rəm. Mən sizin eti­barlı nəsi­hət­çinizəm.

7:69

أَوَعَجِبۡتُمۡ أَن جَآءَكُمۡ ذِكۡرٞ مِّن رَّبِّكُمۡ عَلَىٰ رَجُلٖ مِّنكُمۡ لِيُنذِرَكُمۡۚ وَٱذۡكُرُوٓاْ إِذۡ جَعَلَكُمۡ خُلَفَآءَ مِنۢ بَعۡدِ قَوۡمِ نُوحٖ وَزَادَكُمۡ فِي ٱلۡخَلۡقِ بَصۜۡطَةٗۖ فَٱذۡكُرُوٓاْ ءَالَآءَ ٱللَّهِ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿69﴾

Yoxsa sizi qorxutmaq üçün öz ara­nızdan olan bir ki­şi­nin va­si­təsi ilə Rəb­binizin si­zə öyüd-nəsihət vermə­si­nə hey­­rətmi edir­si­niz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xə­ləf­lər tə­yin etdi və sizi xilqətcə daha qüv­vətli etdi. Allahın nemətlərini xa­tır­la­yın ki, bəlkə nicat tapa­sınız”.

7:70

قَالُوٓاْ أَجِئۡتَنَا لِنَعۡبُدَ ٱللَّهَ وَحۡدَهُۥ وَنَذَرَ مَا كَانَ يَعۡبُدُ ءَابَآؤُنَا فَأۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿70﴾

Onlar dedilər: “Yanı­mı­za gəlmi­sən ki, atalarımızın iba­dət et­diklərini buraxıb tək Alla­ha iba­dət edək? Əgər doğru da­nı­şan­lar­dansansa, bizə vəd et­diyin əzabı gətir”.

7:71

قَالَ قَدۡ وَقَعَ عَلَيۡكُم مِّن رَّبِّكُمۡ رِجۡسٞ وَغَضَبٌۖ أَتُجَٰدِلُونَنِي فِيٓ أَسۡمَآءٖ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّا نَزَّلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٖۚ فَٱنتَظِرُوٓاْ إِنِّي مَعَكُم مِّنَ ٱلۡمُنتَظِرِينَ ﴿71﴾

Hud dedi: “Artıq Rəbbi­nizdən si­zə əzab və qəzəb ye­tişdi. Siz özünüzün və ataları­nızın uydurduqları adlar ba­­­rə­sində mə­nim­lə mübahi­səmi edir­si­niz? Halbuki Allah onlar barəsində heç bir də­lil nazil et­məmişdir. Gözlə­yin! Şüb­hə­siz ki, mən də sizinlə bir­likdə göz­ləyənlər­də­nəm”.

7:72

فَأَنجَيۡنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ بِرَحۡمَةٖ مِّنَّا وَقَطَعۡنَا دَابِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۖ وَمَا كَانُواْ مُؤۡمِنِينَ ﴿72﴾

Biz onu və onunla bir­lik­də olan­la­­rı Öz mərhəməti­miz­lə xi­las etdik. Ayə­lərimizi ya­lan hesab edənlərin isə kö­kü­nü kəsdik. On­lar iman gə­tirən de­yildi­lər.

7:73

وَإِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ قَدۡ جَآءَتۡكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡۖ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمۡ ءَايَةٗۖ فَذَرُوهَا تَأۡكُلۡ فِيٓ أَرۡضِ ٱللَّهِۖ وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابٌ أَلِيمٞ ﴿73﴾

Səmud qövmünə də qar­daşları Sa­lehi göndərdik. O de­di: “Ey qöv­müm! Allaha iba­dət edin! Sizin Ondan başqa mə­budunuz yox­dur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın qaya­dan çı­xart­dığı bu dişi dəvəsi sizin üçün bir mö­cüzədir. Onu buraxın Alla­hın tor­pa­ğında otlasın. Ona bir pis­lik et­məyin, yoxsa sizi ağ­rı­lı-acılı bir əzab yaxalayar.