quranm◉

Səhifə 160

Range
from 7:74 to 7:81
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

7:74

وَٱذۡكُرُوٓاْ إِذۡ جَعَلَكُمۡ خُلَفَآءَ مِنۢ بَعۡدِ عَادٖ وَبَوَّأَكُمۡ فِي ٱلۡأَرۡضِ تَتَّخِذُونَ مِن سُهُولِهَا قُصُورٗا وَتَنۡحِتُونَ ٱلۡجِبَالَ بُيُوتٗاۖ فَٱذۡكُرُوٓاْ ءَالَآءَ ٱللَّهِ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ﴿74﴾

Xatırlayın ki, Allah sizi Ad qöv­mün­dən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzən­lik­lə­rin­də qəsr­lər tikir, dağ­larda evlər yonur­su­nuz. Alla­hın nemətlərini ya­da salın, yer üzün­də fəsad ya­ya­raq pis işlər gör­məyin”.

7:75

قَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُواْ مِن قَوۡمِهِۦ لِلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِمَنۡ ءَامَنَ مِنۡهُمۡ أَتَعۡلَمُونَ أَنَّ صَٰلِحٗا مُّرۡسَلٞ مِّن رَّبِّهِۦۚ قَالُوٓاْ إِنَّا بِمَآ أُرۡسِلَ بِهِۦ مُؤۡمِنُونَ ﴿75﴾

Onun qövmünün təkəb­bür­lü za­də­ganları öz araların­dan iman gətirən zəiflərə de­dilər: “Siz Sale­hin öz Rəbbi tə­rəfindən gön­dəril­diyini bilir­si­nizmi?” Onlar dedi­lər: “Həqi­qətən, biz onun­la gön­­dərilən­ hər şeyə inanırıq”.

7:76

قَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا بِٱلَّذِيٓ ءَامَنتُم بِهِۦ كَٰفِرُونَ ﴿76﴾

Təkəbbür göstərən baş­çı­lar de­di­lər: “Həqiqətən, biz si­zin inan­dığı­nızı inkar edirik”.

7:77

فَعَقَرُواْ ٱلنَّاقَةَ وَعَتَوۡاْ عَنۡ أَمۡرِ رَبِّهِمۡ وَقَالُواْ يَٰصَٰلِحُ ٱئۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلۡمُرۡسَلِينَ ﴿77﴾

Onlar dişi dəvənin diz və­tə­rini kəs­dilər və beləlik­lə də Rəb­bi­nin əm­rin­dən çıxıb: “Ey Saleh! Əgər sən göndə­ri­lən el­çilərdən­sən­sə, bizə vəd etdiyin əza­bı gətir”– dedilər.

7:78

فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ ﴿78﴾

Onları dəhşətli bir sar­sıntı yaxa­ladı və onlar öz evlə­rində üzüqoylu düşüb qaldı­lar.

7:79

فَتَوَلَّىٰ عَنۡهُمۡ وَقَالَ يَٰقَوۡمِ لَقَدۡ أَبۡلَغۡتُكُمۡ رِسَالَةَ رَبِّي وَنَصَحۡتُ لَكُمۡ وَلَٰكِن لَّا تُحِبُّونَ ٱلنَّـٰصِحِينَ ﴿79﴾

Saleh onlardan üz çe­vi­rib dedi: “Ey qövmüm! Mən Rəb­bi­min mənə vəhy etdiyi hök­münü sizə çatdırdım və sizə öyüd-nə­si­hət verdim. La­kin siz nə­sihət verənləri sev­mirsiniz”.

7:80

وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنۡ أَحَدٖ مِّنَ ٱلۡعَٰلَمِينَ ﴿80﴾

Lutu da elçi göndərdik. Bir zaman o, öz qövmünə de­miş­di: “Siz­dən əvvəl aləmlər­dən heç kə­sin etmədiyi iyrənc əmə­li sizmi edə­cəksiniz?

7:81

إِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ شَهۡوَةٗ مِّن دُونِ ٱلنِّسَآءِۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ مُّسۡرِفُونَ ﴿81﴾

Siz, qadınları qoyub şəhvətlə ki­şi­lərə yaxınlaşırsınız. Hə­qiqə­tən, siz, həddi aş­mış adam­larsınız”.