quranm◉

Səhifə 165

Range
from 7:121 to 7:130
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

7:121

قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَٰلَمِينَ ﴿121﴾

Onlar dedilər: “Aləm­lərin Rəb­binə iman gətirdik –

7:122

رَبِّ مُوسَىٰ وَهَٰرُونَ ﴿122﴾

Musa və Harunun Rəb­binə!”

7:123

قَالَ فِرۡعَوۡنُ ءَامَنتُم بِهِۦ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّ هَٰذَا لَمَكۡرٞ مَّكَرۡتُمُوهُ فِي ٱلۡمَدِينَةِ لِتُخۡرِجُواْ مِنۡهَآ أَهۡلَهَاۖ فَسَوۡفَ تَعۡلَمُونَ ﴿123﴾

Firon dedi: “Mən sizə izin ver­mə­mişdən əvvəl siz ona iman gətir­di­niz? Şübhəsiz ki, bu, şə­hərdə qur­du­ğu­nuz bir hiy­lədir ki, əhalisini oradan çı­xa­rasınız. Tez­liklə biləcəksi­niz.

7:124

لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ ثُمَّ لَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ ﴿124﴾

Əllərinizi və ayaqla­rı­nızı çarpaz kəsəcək, sonra da ha­mı­nı­zı çarmıxa çə­kəcəyəm”.

7:125

قَالُوٓاْ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ ﴿125﴾

Onlar dedilər: “Şübhə­siz ki, biz Rəbbimizə qayıda­cağıq.

7:126

وَمَا تَنقِمُ مِنَّآ إِلَّآ أَنۡ ءَامَنَّا بِـَٔايَٰتِ رَبِّنَا لَمَّا جَآءَتۡنَاۚ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَتَوَفَّنَا مُسۡلِمِينَ ﴿126﴾

Sən sadəcə, Rəb­bimi­zin möcü­zələri bizə gəldikdə on­la­ra iman gətir­məyimizə görə biz­dən intiqam alırsan. Ey Rəb­bimiz! Bi­zə çoxlu səbir ver və bi­zi mü­səlman olaraq öldür”.

7:127

وَقَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِ فِرۡعَوۡنَ أَتَذَرُ مُوسَىٰ وَقَوۡمَهُۥ لِيُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَيَذَرَكَ وَءَالِهَتَكَۚ قَالَ سَنُقَتِّلُ أَبۡنَآءَهُمۡ وَنَسۡتَحۡيِۦ نِسَآءَهُمۡ وَإِنَّا فَوۡقَهُمۡ قَٰهِرُونَ ﴿127﴾

Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qöv­mü­nü bu­ra­xırsan ki, yer üzün­də fəsad törətsinlər, həm səni, həm də sənin məbud­la­rı­nı bir kənara atsınlar”. Firon de­di: “Biz hök­mən onların oğlan uşaq­larını öl­dürəcək, qa­dın­la­rını isə sağ bura­xa­cağıq. Şüb­həsiz ki, onların üzə­rində sar­sıl­maz hökm­ranlığa ma­lik olan bizik”.

7:128

قَالَ مُوسَىٰ لِقَوۡمِهِ ٱسۡتَعِينُواْ بِٱللَّهِ وَٱصۡبِرُوٓاْۖ إِنَّ ٱلۡأَرۡضَ لِلَّهِ يُورِثُهَا مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ وَٱلۡعَٰقِبَةُ لِلۡمُتَّقِينَ ﴿128﴾

Musa öz qövmünə de­di: “Allah­dan kömək diləyin və səbir edin. Şüb­həsiz ki, yer üzü Alla­hındır. O, qul­la­rından is­tə­­diyini yer üzünün varisləri təyin edir. Gözəl aqibət müttəqilərindir”.

7:129

قَالُوٓاْ أُوذِينَا مِن قَبۡلِ أَن تَأۡتِيَنَا وَمِنۢ بَعۡدِ مَا جِئۡتَنَاۚ قَالَ عَسَىٰ رَبُّكُمۡ أَن يُهۡلِكَ عَدُوَّكُمۡ وَيَسۡتَخۡلِفَكُمۡ فِي ٱلۡأَرۡضِ فَيَنظُرَ كَيۡفَ تَعۡمَلُونَ ﴿129﴾

Onlar dedilər: “Sən bi­zə pey­ğəm­bər gəlməzdən əvvəl də, sə­nin gəli­şin­dən son­ra da bizə əziyyət verildi”. Musa de­di: “Ola bil­sin ki, Rəbbiniz düş­mə­ni­nizi məhv edib sizi yer üzünün varis­ləri tə­yin etsin, sonra da necə hə­rəkət edə­cə­yi­ni­zə baxsın”.

7:130

وَلَقَدۡ أَخَذۡنَآ ءَالَ فِرۡعَوۡنَ بِٱلسِّنِينَ وَنَقۡصٖ مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ ﴿130﴾

Biz Firon xalqını qu­raq­lıq illəri­nə və məhsul qıt­lığına mə­ruz qoyduq ki, bəlkə dü­şü­nüb ibrət alsınlar.