quranm◉

Səhifə 166

Range
from 7:131 to 7:137
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

7:131

فَإِذَا جَآءَتۡهُمُ ٱلۡحَسَنَةُ قَالُواْ لَنَا هَٰذِهِۦۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةٞ يَطَّيَّرُواْ بِمُوسَىٰ وَمَن مَّعَهُۥٓۗ أَلَآ إِنَّمَا طَـٰٓئِرُهُمۡ عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ﴿131﴾

Onlara bir yaxşılıq üz ve­rəndə: “Bu, bizə məxsus­dur!”– de­yərdilər. On­lara bir pislik üz verdikdə isə, Musa və onunla bir­likdə olanları uğur­suzluq əla­məti sayardılar. Əs­lində onla­rın uğur­suzluğu Allah yanın­dadır, la­kin onla­rın çoxu bunu bilmir.

7:132

وَقَالُواْ مَهۡمَا تَأۡتِنَا بِهِۦ مِنۡ ءَايَةٖ لِّتَسۡحَرَنَا بِهَا فَمَا نَحۡنُ لَكَ بِمُؤۡمِنِينَ ﴿132﴾

Kafirlər dedilər: “Sən bi­zi sehr­lə­mək üçün nə qədər mö­cü­zə gətirsən də, biz sənə inanan de­yilik!”

7:133

فَأَرۡسَلۡنَا عَلَيۡهِمُ ٱلطُّوفَانَ وَٱلۡجَرَادَ وَٱلۡقُمَّلَ وَٱلضَّفَادِعَ وَٱلدَّمَ ءَايَٰتٖ مُّفَصَّلَٰتٖ فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمٗا مُّجۡرِمِينَ ﴿133﴾

Biz də onların üstünə müxtəlif möcüzələr olaraq tu­fan, çə­yirt­kələr, bit­lər, qurba­ğalar və qan göndərdik. On­lar isə təkəb­bür­lük göstərdilər və gü­nahkar bir tayfa oldular.

7:134

وَلَمَّا وَقَعَ عَلَيۡهِمُ ٱلرِّجۡزُ قَالُواْ يَٰمُوسَى ٱدۡعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَۖ لَئِن كَشَفۡتَ عَنَّا ٱلرِّجۡزَ لَنُؤۡمِنَنَّ لَكَ وَلَنُرۡسِلَنَّ مَعَكَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ﴿134﴾

Əzab onları bürü­dük­də dedilər: “Ey Musa! Bizim üçün Rəb­binə sənə verdiyi əhd ilə dua et! Əgər əzabı biz­dən so­vuşdur­san, biz hökmən sənə iman gəti­rəcək və İsrail oğul­larını müt­ləq sə­ninlə birlikdə göndərəcəyik”.

7:135

فَلَمَّا كَشَفۡنَا عَنۡهُمُ ٱلرِّجۡزَ إِلَىٰٓ أَجَلٍ هُم بَٰلِغُوهُ إِذَا هُمۡ يَنكُثُونَ ﴿135﴾

Biz çatacaqları müəy­yən vaxta qədər əzabı onlardan so­vuş­durduqda isə, dərhal əhdi poz­dular.

7:136

فَٱنتَقَمۡنَا مِنۡهُمۡ فَأَغۡرَقۡنَٰهُمۡ فِي ٱلۡيَمِّ بِأَنَّهُمۡ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَكَانُواْ عَنۡهَا غَٰفِلِينَ ﴿136﴾

Ayələrimizi inkar edib onlar­dan qafil olduqlarına gö­rə Biz o tay­fa­dan in­tiqam alaraq onları dənizdə qərq et­dik.

7:137

وَأَوۡرَثۡنَا ٱلۡقَوۡمَ ٱلَّذِينَ كَانُواْ يُسۡتَضۡعَفُونَ مَشَٰرِقَ ٱلۡأَرۡضِ وَمَغَٰرِبَهَا ٱلَّتِي بَٰرَكۡنَا فِيهَاۖ وَتَمَّتۡ كَلِمَتُ رَبِّكَ ٱلۡحُسۡنَىٰ عَلَىٰ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ بِمَا صَبَرُواْۖ وَدَمَّرۡنَا مَا كَانَ يَصۡنَعُ فِرۡعَوۡنُ وَقَوۡمُهُۥ وَمَا كَانُواْ يَعۡرِشُونَ ﴿137﴾

Musa ilə olan zəif qöv­mü isə yer üzünün xeyir-bə­rə­kət ver­di­yimiz şərq və qərb böl­gələrinə varislər təyin etdik. Sə­bir et­dik­lə­ri­nə görə Rəbbinin İs­rail oğul­ları barə­sin­dəki gözəl Sözü ye­rinə yet­di. Biz Firon və onun xal­qı­nın qur­duqlarını və tikib ucaltdıq­la­rı­nı darma­da­ğın etdik.