quranm◉

Səhifə 18

Range
from 2:113 to 2:119
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

2:113

وَقَالَتِ ٱلۡيَهُودُ لَيۡسَتِ ٱلنَّصَٰرَىٰ عَلَىٰ شَيۡءٖ وَقَالَتِ ٱلنَّصَٰرَىٰ لَيۡسَتِ ٱلۡيَهُودُ عَلَىٰ شَيۡءٖ وَهُمۡ يَتۡلُونَ ٱلۡكِتَٰبَۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ مِثۡلَ قَوۡلِهِمۡۚ فَٱللَّهُ يَحۡكُمُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ﴿113﴾

Yəhudilər dedilər: “Xaçpərəst­lər doğru yolda deyillər!” Xaç­­pərəstlər də dedilər: “Yəhu­dilər doğru yolda deyillər!” Hal­buki onlar Kitab oxuyurlar. Kitabı bilməyənlər də onlar kimi danı­şır­lar. Allah ix­ti­lafa düş­dük­ləri şey barəsində Qi­ya­mət günü on­la­rın arasında hökm verə­cəkdir.

2:114

وَمَنۡ أَظۡلَمُ مِمَّن مَّنَعَ مَسَٰجِدَ ٱللَّهِ أَن يُذۡكَرَ فِيهَا ٱسۡمُهُۥ وَسَعَىٰ فِي خَرَابِهَآۚ أُوْلَـٰٓئِكَ مَا كَانَ لَهُمۡ أَن يَدۡخُلُوهَآ إِلَّا خَآئِفِينَۚ لَهُمۡ فِي ٱلدُّنۡيَا خِزۡيٞ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابٌ عَظِيمٞ ﴿114﴾

Allahın məscidlərində Onun adının zikr edilməsinə ma­­ne­çilik törə­dənlərdən və on­­ların viranə qal­masına çalışan­lardan da­ha zalım kim ola bi­lər?! Əs­lin­də, onlar oraya qor­xa-qorxa daxil ol­ma­lı idilər. On­lar üçün dün­ya­da rüs­vayçılıq, axi­­rətdə isə bö­yük bir əzab var­dır.

2:115

وَلِلَّهِ ٱلۡمَشۡرِقُ وَٱلۡمَغۡرِبُۚ فَأَيۡنَمَا تُوَلُّواْ فَثَمَّ وَجۡهُ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ وَٰسِعٌ عَلِيمٞ ﴿115﴾

Məşriq də, məğrib də Alla­hın­dır! Hansı səmtə yönəl­səniz, Allahın Üzü oradadır. Həqiqə­tən, Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.

2:116

وَقَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۖ بَل لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ كُلّٞ لَّهُۥ قَٰنِتُونَ ﴿116﴾

Onlar dedilər: “Allah Özü­­nə öv­lad götürmüşdür!” Hal­­buki O, pakdır, müqəddəs­dir! Hə­qi­qə­tən, göylərdə və yer­də nə var­sa, Ona məxsus­dur. Hər şey Ona baş əyir.

2:117

بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَإِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ﴿117﴾

Göyləri və yeri icad edən Odur. O, bir işə hökm verdik­də ona ancaq: “Ol!”– de­yər, o da olar.

2:118

وَقَالَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ لَوۡلَا يُكَلِّمُنَا ٱللَّهُ أَوۡ تَأۡتِينَآ ءَايَةٞۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّثۡلَ قَوۡلِهِمۡۘ تَشَٰبَهَتۡ قُلُوبُهُمۡۗ قَدۡ بَيَّنَّا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يُوقِنُونَ ﴿118﴾

Kitabı bilməyənlər dedi­lər: “Nə üçün Allah bizi danışdır­mır, ya­xud bizə bir ayə gəlmir?” On­la­rdan əvvəlkilər də, onların sözünün bənzərini söyləmişdilər. Onların qəlb­­ləri bir-biri­nə bən­zəyir. Biz yəqinliklə ina­nan bir qövmə dəlil­lərimizi bə­yan et­dik.

2:119

إِنَّآ أَرۡسَلۡنَٰكَ بِٱلۡحَقِّ بَشِيرٗا وَنَذِيرٗاۖ وَلَا تُسۡـَٔلُ عَنۡ أَصۡحَٰبِ ٱلۡجَحِيمِ ﴿119﴾

Biz səni haqq ilə müj­də­lə­yən və xəbərdarlıq edən bir pey­ğəmbər göndər­dik. Cə­hən­nəm sa­kinləri ba­rəsində isə sən sorğu-sual olunma­yacaqsan.