quranm◉

Səhifə 19

Range
from 2:120 to 2:126
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

2:120

وَلَن تَرۡضَىٰ عَنكَ ٱلۡيَهُودُ وَلَا ٱلنَّصَٰرَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمۡۗ قُلۡ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلۡهُدَىٰۗ وَلَئِنِ ٱتَّبَعۡتَ أَهۡوَآءَهُم بَعۡدَ ٱلَّذِي جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٍ ﴿120﴾

Sən yəhudilərin və xaç­pərəstlərin dinlərinə tabe olmayın­ca, onlar səndən razı qal­ma­yacaq­lar. De: “Yalnız Alla­hın haqq yo­lu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəkləri­nə uysan, səni Allahdan qo­ru­yacaq nə bir dost, nə də bir yardımçı olar.

2:121

ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَتۡلُونَهُۥ حَقَّ تِلَاوَتِهِۦٓ أُوْلَـٰٓئِكَ يُؤۡمِنُونَ بِهِۦۗ وَمَن يَكۡفُرۡ بِهِۦ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ﴿121﴾

Kitab verdiyimiz kəs­lər onu layi­qincə oxuyurlar. On­lar ona iman gəti­rirlər. Onu inkar edən­lər – məhz onlar ziyana uğra­yan­lar­dır.

2:122

يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱذۡكُرُواْ نِعۡمَتِيَ ٱلَّتِيٓ أَنۡعَمۡتُ عَلَيۡكُمۡ وَأَنِّي فَضَّلۡتُكُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ ﴿122﴾

Ey İsrail oğulları! Sizə bəxş et­diyim ne­mətimi və sizi aləm­lərdən üstün et­di­yimi xatırla­yın.

2:123

وَٱتَّقُواْ يَوۡمٗا لَّا تَجۡزِي نَفۡسٌ عَن نَّفۡسٖ شَيۡـٔٗا وَلَا يُقۡبَلُ مِنۡهَا عَدۡلٞ وَلَا تَنفَعُهَا شَفَٰعَةٞ وَلَا هُمۡ يُنصَرُونَ ﴿123﴾

Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda ve­rə bil­mə­­yəcək, heç kəsdən bir fidyə qəbul olunmayacaq, heç kəsə şə­fa­ət fayda ver­mə­yə­cək və onlara kömək göstə­ril­məyəcək.

2:124

وَإِذِ ٱبۡتَلَىٰٓ إِبۡرَٰهِـۧمَ رَبُّهُۥ بِكَلِمَٰتٖ فَأَتَمَّهُنَّۖ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامٗاۖ قَالَ وَمِن ذُرِّيَّتِيۖ قَالَ لَا يَنَالُ عَهۡدِي ٱلظَّـٰلِمِينَ ﴿124﴾

Rəbbi İbrahimi bəzi kəl­­mə­lərlə sı­nağa çəkdiyi zaman o, bun­­ları tamamilə yeri­nə yetirdi. Allah buyurdu: “Mən səni in­san­la­ra imam edəcə­yəm!” İb­ra­him dedi: “Nəs­lim­dən də, imam et!” Allah buyurdu: “Mənim əhdim zalımlara yetişməz!”

2:125

وَإِذۡ جَعَلۡنَا ٱلۡبَيۡتَ مَثَابَةٗ لِّلنَّاسِ وَأَمۡنٗا وَٱتَّخِذُواْ مِن مَّقَامِ إِبۡرَٰهِـۧمَ مُصَلّٗىۖ وَعَهِدۡنَآ إِلَىٰٓ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ أَن طَهِّرَا بَيۡتِيَ لِلطَّآئِفِينَ وَٱلۡعَٰكِفِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ ﴿125﴾

Bir zaman Biz müqəddəs Evi insan­lar üçün zi­yarətgah və əmin-aman­­ bir ye­r etdik. “İb­ra­himin durduğu yeri na­mazgah edin!” Biz İb­ra­hi­mə və İs­mailə buyurduq: “Evi­mi təvaf edən­lər, eti­kafa gi­rən­lər, rüku və səc­də edən­lər üçün təmizləyin!”

2:126

وَإِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّ ٱجۡعَلۡ هَٰذَا بَلَدًا ءَامِنٗا وَٱرۡزُقۡ أَهۡلَهُۥ مِنَ ٱلثَّمَرَٰتِ مَنۡ ءَامَنَ مِنۡهُم بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ قَالَ وَمَن كَفَرَ فَأُمَتِّعُهُۥ قَلِيلٗا ثُمَّ أَضۡطَرُّهُۥٓ إِلَىٰ عَذَابِ ٱلنَّارِۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ﴿126﴾

Bir zaman İbrahim de­mişdi: “Ey Rəbbim! Buranı təh­lü­kə­siz bir şəhər et, onun əha­li­sinə, – on­lar­dan Alla­ha və Axi­rət gü­nünə iman gətirən­lərə – hər növ məh­sullardan ruzi ver!” Allah buyurdu: “Mən kafir olan­lara bir qədər zövq al­mağa izin ve­rər, sonra isə on­ları Cə­hən­nəm əzabına gi­riftar edə­rəm. Ora necə də pis dönüş ye­ri­dir!”