quranm◉

Səhifə 195

Range
from 9:48 to 9:54
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

9:48

لَقَدِ ٱبۡتَغَوُاْ ٱلۡفِتۡنَةَ مِن قَبۡلُ وَقَلَّبُواْ لَكَ ٱلۡأُمُورَ حَتَّىٰ جَآءَ ٱلۡحَقُّ وَظَهَرَ أَمۡرُ ٱللَّهِ وَهُمۡ كَٰرِهُونَ ﴿48﴾

Onlar əvvəllər də fitnə­kar­lıq et­məyə çalışmış və sə­nin əley­hi­nə hiylələr qur­muş­dular. Axır ki, haqq öz yerini tap­dı və onlar istə­mədikləri hal­da Alla­hın hökmü qələbə çal­dı.

9:49

وَمِنۡهُم مَّن يَقُولُ ٱئۡذَن لِّي وَلَا تَفۡتِنِّيٓۚ أَلَا فِي ٱلۡفِتۡنَةِ سَقَطُواْۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ ﴿49﴾

Onlardan eləsi də var ki: “Mənə izin ver döyüşə getmə­yim, mə­ni günaha batırma!”– deyir. Doğrusu, onlar ar­tıq günaha bat­mış­lar. Şübhəsiz ki, Cə­hən­nəm kafirləri çulğaya­caqdır.

9:50

إِن تُصِبۡكَ حَسَنَةٞ تَسُؤۡهُمۡۖ وَإِن تُصِبۡكَ مُصِيبَةٞ يَقُولُواْ قَدۡ أَخَذۡنَآ أَمۡرَنَا مِن قَبۡلُ وَيَتَوَلَّواْ وَّهُمۡ فَرِحُونَ ﴿50﴾

Sənə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sənə bir mü­sibət üz versə: “Biz eh­ti­yat təd­birimizi əvvəl­cədən gör­mü­şük!”– deyər və sevinə-se­vinə çıxıb ge­dərlər.

9:51

قُل لَّن يُصِيبَنَآ إِلَّا مَا كَتَبَ ٱللَّهُ لَنَا هُوَ مَوۡلَىٰنَاۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ﴿51﴾

De: “Allahın bizim üçün yaz­dı­ğın­dan başqa bizim başı­mı­za heç nə gəl­məz. O bizim Hima­yədarımızdır. Qoy mö­min­lər yalnız Allaha təvəkkül etsin­lər!”

9:52

قُلۡ هَلۡ تَرَبَّصُونَ بِنَآ إِلَّآ إِحۡدَى ٱلۡحُسۡنَيَيۡنِۖ وَنَحۡنُ نَتَرَبَّصُ بِكُمۡ أَن يُصِيبَكُمُ ٱللَّهُ بِعَذَابٖ مِّنۡ عِندِهِۦٓ أَوۡ بِأَيۡدِينَاۖ فَتَرَبَّصُوٓاْ إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَ ﴿52﴾

De: “Doğrudanmı siz biz­­lərə iki uğurdan – qələbədən və ya şə­hidlikdən birinin yetiş­mə­si­ni gözləyirsiniz? Biz isə ya Alla­hın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar et­mə­sini gözləyi­rik. Siz gözləyin; şüb­hə­siz ki, biz də sizinlə birlikdə gözlə­yirik”.

9:53

قُلۡ أَنفِقُواْ طَوۡعًا أَوۡ كَرۡهٗا لَّن يُتَقَبَّلَ مِنكُمۡ إِنَّكُمۡ كُنتُمۡ قَوۡمٗا فَٰسِقِينَ ﴿53﴾

De: “İstər könüllü, istər­sə­niz də könülsüz xərcləyin, on­suz da sizdən qə­bul olun­ma­­ya­caq. Çünki siz fasiq bir qövm oldu­nuz!”

9:54

وَمَا مَنَعَهُمۡ أَن تُقۡبَلَ مِنۡهُمۡ نَفَقَٰتُهُمۡ إِلَّآ أَنَّهُمۡ كَفَرُواْ بِٱللَّهِ وَبِرَسُولِهِۦ وَلَا يَأۡتُونَ ٱلصَّلَوٰةَ إِلَّا وَهُمۡ كُسَالَىٰ وَلَا يُنفِقُونَ إِلَّا وَهُمۡ كَٰرِهُونَ ﴿54﴾

Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o ma­ne olur ki, onlar Allaha və Onun Elçi­sinə küfr edir, na­maza tən­bəl­lik­lə qalxır və mallarını kö­nülsüz xərc­ləyirlər.