quranm◉

Səhifə 196

Range
from 9:55 to 9:61
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

9:55

فَلَا تُعۡجِبۡكَ أَمۡوَٰلُهُمۡ وَلَآ أَوۡلَٰدُهُمۡۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُعَذِّبَهُم بِهَا فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَتَزۡهَقَ أَنفُسُهُمۡ وَهُمۡ كَٰفِرُونَ ﴿55﴾

Onların nə malları, nə də övlad­ları səni heyrətləndir­mə­sin. Allah bun­larla dünya həya­tında onlara əzab ver­mək və onların kafir olaraq canlarının çıxmasını istəyir.

9:56

وَيَحۡلِفُونَ بِٱللَّهِ إِنَّهُمۡ لَمِنكُمۡ وَمَا هُم مِّنكُمۡ وَلَٰكِنَّهُمۡ قَوۡمٞ يَفۡرَقُونَ ﴿56﴾

Onlar sizinlə həmrəy ol­duq­larına and içirlər. Halbuki onlar sizdən de­yil­lər. Əs­lin­də, onlar qorxaq adam­lar­dır.

9:57

لَوۡ يَجِدُونَ مَلۡجَـًٔا أَوۡ مَغَٰرَٰتٍ أَوۡ مُدَّخَلٗا لَّوَلَّوۡاْ إِلَيۡهِ وَهُمۡ يَجۡمَحُونَ ﴿57﴾

Əgər onlar bir sığınacaq və ya dal­dalanmaq üçün mağa­ralar ya­xud giz­lənməyə bir oyuq tap­saydılar, ləngi­mə­dən ora yönələr­di­lər.

9:58

وَمِنۡهُم مَّن يَلۡمِزُكَ فِي ٱلصَّدَقَٰتِ فَإِنۡ أُعۡطُواْ مِنۡهَا رَضُواْ وَإِن لَّمۡ يُعۡطَوۡاْ مِنۡهَآ إِذَا هُمۡ يَسۡخَطُونَ ﴿58﴾

Onlardan elələri də var ki, sədə­qələrlə bağlı sənə nöq­san tu­tur­lar. Bun­dan onlara bir şey çatsa, razı qalar, bir şey çat­masa, dər­hal qəzəblənərlər.

9:59

وَلَوۡ أَنَّهُمۡ رَضُواْ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَقَالُواْ حَسۡبُنَا ٱللَّهُ سَيُؤۡتِينَا ٱللَّهُ مِن فَضۡلِهِۦ وَرَسُولُهُۥٓ إِنَّآ إِلَى ٱللَّهِ رَٰغِبُونَ ﴿59﴾

Kaş ki, onlar Allahın və Onun El­çisinin onlara verdi­yi­nə ra­zı qalıb: “Allah bizə ye­tər. Allah da bizə Öz lütfün­dən ve­rəcək, Onun Elçisi də. Hə­qi­qə­tən də, biz Allaha rəğ­bət bəs­lə­yi­rik”– de­yəy­dilər.

9:60

إِنَّمَا ٱلصَّدَقَٰتُ لِلۡفُقَرَآءِ وَٱلۡمَسَٰكِينِ وَٱلۡعَٰمِلِينَ عَلَيۡهَا وَٱلۡمُؤَلَّفَةِ قُلُوبُهُمۡ وَفِي ٱلرِّقَابِ وَٱلۡغَٰرِمِينَ وَفِي سَبِيلِ ٱللَّهِ وَٱبۡنِ ٱلسَّبِيلِۖ فَرِيضَةٗ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ﴿60﴾

Zəkatlar Allah tərəfin­dən bir fərz olaraq yalnız yox­sul­lara, ka­sıblara, onu yığıb pay­layanlara, qəlbləri İslam di­ninə isinişdirilə­cək kimsələrə, kölə­lərin azad olun­masına, borclu­lara, Allah yo­lun­da cihad edən­lərə və müsafirlərə məx­­sus­dur. Allah hər şeyi biləndir, hikmət sahibidir.

9:61

وَمِنۡهُمُ ٱلَّذِينَ يُؤۡذُونَ ٱلنَّبِيَّ وَيَقُولُونَ هُوَ أُذُنٞۚ قُلۡ أُذُنُ خَيۡرٖ لَّكُمۡ يُؤۡمِنُ بِٱللَّهِ وَيُؤۡمِنُ لِلۡمُؤۡمِنِينَ وَرَحۡمَةٞ لِّلَّذِينَ ءَامَنُواْ مِنكُمۡۚ وَٱلَّذِينَ يُؤۡذُونَ رَسُولَ ٱللَّهِ لَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿61﴾

Onlardan elələri də var ki, Pey­ğəm­bərə əziyyət verib: “O hər sözü eşidən bir qulaq­dır!”- deyir­lər. De: “O, sizin üçün ancaq xe­yirli sözlər eşi­dir. O, Alla­ha iman gətirir, mö­min­lərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəh­mət­dir”. Allahın Elçisinə əziy­yət ve­rən­lər üçün isə ağrılı-acılı bir əzab var­dır.