quranm◉

Səhifə 198

Range
from 9:69 to 9:72
Surahs covered
Tərcümə
4 Tərcümə

◉

9:69

كَٱلَّذِينَ مِن قَبۡلِكُمۡ كَانُوٓاْ أَشَدَّ مِنكُمۡ قُوَّةٗ وَأَكۡثَرَ أَمۡوَٰلٗا وَأَوۡلَٰدٗا فَٱسۡتَمۡتَعُواْ بِخَلَٰقِهِمۡ فَٱسۡتَمۡتَعۡتُم بِخَلَٰقِكُمۡ كَمَا ٱسۡتَمۡتَعَ ٱلَّذِينَ مِن قَبۡلِكُم بِخَلَٰقِهِمۡ وَخُضۡتُمۡ كَٱلَّذِي خَاضُوٓاْۚ أُوْلَـٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ﴿69﴾

Onlar da sizdən əvvəl ya­şamış münafiqlər kimidirlər. On­lar sizdən qüv­vədə daha üs­tün, mal-dövlət və övlad baxı­mından da­ha çox idilər. Onlar öz payla­rından zövq aldılar. Sizdən əvvəl­kilər öz payların­dan zövq aldıq­ları ki­mi, siz də öz payınızdan zövq al­dı­nız. Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axi­rətdə də heçə getmişdir. Məhz onlar zi­ya­na uğrayanlardır.

9:70

أَلَمۡ يَأۡتِهِمۡ نَبَأُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَقَوۡمِ إِبۡرَٰهِيمَ وَأَصۡحَٰبِ مَدۡيَنَ وَٱلۡمُؤۡتَفِكَٰتِۚ أَتَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ﴿70﴾

Məgər onlara özlə­rin­dən əvvəl­ki­lərin – Nuh qövmü­nün, Ad və Sə­mud tayfaları­nın, İb­rahim qöv­münün, Məd­yən əha­lisinin və alt-üst edil­miş kən­din – Lut tay­fa­sı­nın xəbər­ləri gəlib çatma­yıb­? El­çiləri onlara açıq-aydın də­lillər gə­tir­mişdilər. Allah onlara zülm et­mə­di, la­kin onlar özləri öz­lə­rinə zülm edir­dilər.

9:71

وَٱلۡمُؤۡمِنُونَ وَٱلۡمُؤۡمِنَٰتُ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ يَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَيُطِيعُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ أُوْلَـٰٓئِكَ سَيَرۡحَمُهُمُ ٱللَّهُۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ ﴿71﴾

Mömin kişilərlə mömin qa­dınlar bir-birinin dost­ları­dır. On­lar insanlara yaxşı işlər gör­məyi buyurur, pis əməl­lə­rə qa­dağa qo­yur, namaz qılır, zəkat ve­rir, Alla­ha və Onun Elçisinə itaət edir­lər. Allah onlara rəhm edəcəkdir. Hə­qiqətən, Allah Qüdrətlidir, Hik­mət sahibidir.

9:72

وَعَدَ ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا وَمَسَٰكِنَ طَيِّبَةٗ فِي جَنَّـٰتِ عَدۡنٖۚ وَرِضۡوَٰنٞ مِّنَ ٱللَّهِ أَكۡبَرُۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ﴿72﴾

Allah mömin kişilərə və mömin qa­dınlara ağacları al­tın­dan çaylar axan, için­də əbədi qa­lacaqları cən­nətlər və Ədn cənnətlə­rində gözəl məskən­lər vəd etmişdir. Allahın razı­lığı isə daha bö­yük­dür. Bu, böyük uğurdur.