quranm◉

Səhifə 197

Range
from 9:62 to 9:68
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

9:62

يَحۡلِفُونَ بِٱللَّهِ لَكُمۡ لِيُرۡضُوكُمۡ وَٱللَّهُ وَرَسُولُهُۥٓ أَحَقُّ أَن يُرۡضُوهُ إِن كَانُواْ مُؤۡمِنِينَ ﴿62﴾

Sizi razı salmaq üçün yanı­nızda Allaha and içirlər. Əgər mö­mindirlərsə, bilsinlər ki, Allahı və Onun Elçisini razı salmaları da­ha yaxşıdır.

9:63

أَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّهُۥ مَن يُحَادِدِ ٱللَّهَ وَرَسُولَهُۥ فَأَنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدٗا فِيهَاۚ ذَٰلِكَ ٱلۡخِزۡيُ ٱلۡعَظِيمُ ﴿63﴾

Məgər bilmirdilərmi ki, Allaha və Onun Elçisinə qarşı çı­xan­lar üçün içində əbədi qa­la­caq­ları Cəhənnəm odu var­dır? Bu isə böyük rüsvayçı­lıq­dır.

9:64

يَحۡذَرُ ٱلۡمُنَٰفِقُونَ أَن تُنَزَّلَ عَلَيۡهِمۡ سُورَةٞ تُنَبِّئُهُم بِمَا فِي قُلُوبِهِمۡۚ قُلِ ٱسۡتَهۡزِءُوٓاْ إِنَّ ٱللَّهَ مُخۡرِجٞ مَّا تَحۡذَرُونَ ﴿64﴾

Münafiqlər, özlərinin qəl­bində ola­nı xəbər verən bir su­rə­nin möminlərə na­zil olmasın­dan çəkinirlər. De: “Siz is­teh­za edin! Şüb­həsiz ki, Allah çəkin­diyiniz şeyi üzə çıxaracaqdır”.

9:65

وَلَئِن سَأَلۡتَهُمۡ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلۡعَبُۚ قُلۡ أَبِٱللَّهِ وَءَايَٰتِهِۦ وَرَسُولِهِۦ كُنتُمۡ تَسۡتَهۡزِءُونَ ﴿65﴾

Onlardan nə üçün is­tehza etdiklərini soruşsan, deyərlər: “Biz sa­dəcə boş-boş danışıb za­rafatla­şırdıq!” De: “Allaha, Onun ayələ­ri­nə və Onun Elçi­sinə is­teh­zamı edirsiniz?

9:66

لَا تَعۡتَذِرُواْ قَدۡ كَفَرۡتُم بَعۡدَ إِيمَٰنِكُمۡۚ إِن نَّعۡفُ عَن طَآئِفَةٖ مِّنكُمۡ نُعَذِّبۡ طَآئِفَةَۢ بِأَنَّهُمۡ كَانُواْ مُجۡرِمِينَ ﴿66﴾

Üzrxahlıq etməyin! İman gə­tir­dik­dən sonra artıq kafir ol­du­nuz”. Siz­lər­dən bir qismini ba­ğışlasaq da, digər­lə­ri­nə gü­nah­kar ol­duqlarına görə əzab ve­rərik.

9:67

ٱلۡمُنَٰفِقُونَ وَٱلۡمُنَٰفِقَٰتُ بَعۡضُهُم مِّنۢ بَعۡضٖۚ يَأۡمُرُونَ بِٱلۡمُنكَرِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمَعۡرُوفِ وَيَقۡبِضُونَ أَيۡدِيَهُمۡۚ نَسُواْ ٱللَّهَ فَنَسِيَهُمۡۚ إِنَّ ٱلۡمُنَٰفِقِينَ هُمُ ٱلۡفَٰسِقُونَ ﴿67﴾

Münafiq kişilər və mü­na­fiq qa­dınlar bir-birinin tayı­dır­lar. On­lar in­sanları pis işlər görməyə vadar edir, yaxşı əməl­lərə qa­da­ğa qoyur və xə­sis­lik göstərirlər. On­lar Allahı unut­dular. Allah da on­ları unutdu. Həqiqətən, mü­nafiq­lər günah­kardırlar.

9:68

وَعَدَ ٱللَّهُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡكُفَّارَ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۚ هِيَ حَسۡبُهُمۡۚ وَلَعَنَهُمُ ٱللَّهُۖ وَلَهُمۡ عَذَابٞ مُّقِيمٞ ﴿68﴾

Allah münafiq kişilərə, mü­nafiq qadınlara və kafirlərə içəri­sində əbədi qalacaqları Cə­hən­nəm odu vəd etmiş­dir. Bu onlara ki­fa­yət edər! Allah on­lara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.