quranm◉

Səhifə 210

Range
from 10:15 to 10:20
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

10:15

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَاتُنَا بَيِّنَٰتٖ قَالَ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا ٱئۡتِ بِقُرۡءَانٍ غَيۡرِ هَٰذَآ أَوۡ بَدِّلۡهُۚ قُلۡ مَا يَكُونُ لِيٓ أَنۡ أُبَدِّلَهُۥ مِن تِلۡقَآيِٕ نَفۡسِيٓۖ إِنۡ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَيَّۖ إِنِّيٓ أَخَافُ إِنۡ عَصَيۡتُ رَبِّي عَذَابَ يَوۡمٍ عَظِيمٖ ﴿15﴾

Açıq-aydın ayələrimiz on­lara oxun­duğu zaman Bizimlə qar­şılaşacaqlarına ümid etmə­yənlər deyərlər: “Bizə bun­dan başqa bir Quran gətir və ya onu də­yişdir!” De: “Mən onu öz is­təyimlə də­yiş­dirə bilmə­rəm. Mən yalnız mənə vəhy olu­na­na tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük gü­nün əza­bından qorxu­ram”.

10:16

قُل لَّوۡ شَآءَ ٱللَّهُ مَا تَلَوۡتُهُۥ عَلَيۡكُمۡ وَلَآ أَدۡرَىٰكُم بِهِۦۖ فَقَدۡ لَبِثۡتُ فِيكُمۡ عُمُرٗا مِّن قَبۡلِهِۦٓۚ أَفَلَا تَعۡقِلُونَ ﴿16﴾

De: “Əgər Allah istə­səy­di, mən onu sizə oxumaz­dım, O da onu sizə bildir­məzdi. Mən axı bundan öncə də si­zin ara­nızda ya­şa­mışam. Məgər bil­mirsiniz?”

10:17

فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡمُجۡرِمُونَ ﴿17﴾

Allaha qarşı yalan uy­du­­randan və ya Onun ayələrini ya­lan hesab edən­dən daha za­lım kim ola bilər? Doğ­ru­dan da, günah­kar­lar nicat tapmaz­lar.

10:18

وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُمۡ وَلَا يَنفَعُهُمۡ وَيَقُولُونَ هَـٰٓؤُلَآءِ شُفَعَـٰٓؤُنَا عِندَ ٱللَّهِۚ قُلۡ أَتُنَبِّـُٔونَ ٱللَّهَ بِمَا لَا يَعۡلَمُ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ﴿18﴾

Onlar Allahı qoyub öz­lə­­ri­nə nə bir zərər, nə də bir fayda ve­rə bilmə­yənlərə iba­dət edir və: “Onlar Allah yanında bizim şə­fa­ət­çi­lərimizdir!”– de­yir­lər. De: “Yoxsa Allaha göy­lərdə və yer­də bil­mə­diyi bir şeyimi xəbər verir­si­niz?” Allah onların qoşduqları şə­rik­lər­dən uzaqdır və ucadır.

10:19

وَمَا كَانَ ٱلنَّاسُ إِلَّآ أُمَّةٗ وَٰحِدَةٗ فَٱخۡتَلَفُواْۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَقُضِيَ بَيۡنَهُمۡ فِيمَا فِيهِ يَخۡتَلِفُونَ ﴿19﴾

İnsanlar vahid bir üm­mət idilər, sonra ixtilafa düş­dülər. Əgər Rəbbin tə­rəfindən əzəl­dən bir Söz verilməsəydi, ixti­lafa düş­dükləri şey barə­sin­də ara­la­rında dərhal hökm ve­ri­lərdi.

10:20

وَيَقُولُونَ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦۖ فَقُلۡ إِنَّمَا ٱلۡغَيۡبُ لِلَّهِ فَٱنتَظِرُوٓاْ إِنِّي مَعَكُم مِّنَ ٱلۡمُنتَظِرِينَ ﴿20﴾

Onlar deyirlər: “Niyə ona Rəb­bin­dən bir möcüzə endi­ril­mə­yib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şüb­hə­siz ki, mən də sizinlə bir­lik­də göz­ləyənlər­dənəm”.