quranm◉

Səhifə 209

Range
from 10:7 to 10:14
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

10:7

إِنَّ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا وَرَضُواْ بِٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَٱطۡمَأَنُّواْ بِهَا وَٱلَّذِينَ هُمۡ عَنۡ ءَايَٰتِنَا غَٰفِلُونَ ﴿7﴾

Şübhəsiz ki, Bizimlə qar­şı­laşa­caq­la­rına ümid etməyən­lər, dün­ya həya­tın­dan razı qa­lıb onun­la rahatlıq tapan­lar və ayələ­ri­miz­dən xəbərsiz olan­ların –

10:8

أُوْلَـٰٓئِكَ مَأۡوَىٰهُمُ ٱلنَّارُ بِمَا كَانُواْ يَكۡسِبُونَ ﴿8﴾

məhz onların qazandıq­la­rı günah­la­ra görə gedəcəkləri yer Oddur.

10:9

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ يَهۡدِيهِمۡ رَبُّهُم بِإِيمَٰنِهِمۡۖ تَجۡرِي مِن تَحۡتِهِمُ ٱلۡأَنۡهَٰرُ فِي جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿9﴾

İman gətirib saleh əməl­lər edən­ləri Rəbbi imanla­rı­na görə doğru yola yönəldər. Nəim cən­nətlərində onların ayaq­ları al­tından çay­lar axar.

10:10

دَعۡوَىٰهُمۡ فِيهَا سُبۡحَٰنَكَ ٱللَّهُمَّ وَتَحِيَّتُهُمۡ فِيهَا سَلَٰمٞۚ وَءَاخِرُ دَعۡوَىٰهُمۡ أَنِ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿10﴾

Onların oradakı duası: “Alla­hım! Sən pak və müqəd­dəs­sən!”, orada bir-birlərini sa­lamlaması: “Salam!” sözü və dualarının so­nu: “Həmd, aləm­lə­rin Rəbbi Allaha məxsusdur!” söz­ləri olacaq.

10:11

وَلَوۡ يُعَجِّلُ ٱللَّهُ لِلنَّاسِ ٱلشَّرَّ ٱسۡتِعۡجَالَهُم بِٱلۡخَيۡرِ لَقُضِيَ إِلَيۡهِمۡ أَجَلُهُمۡۖ فَنَذَرُ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ ﴿11﴾

Əgər Allah insanlara is­tə­­dikləri xeyri tez verdiyi ki­mi, şəri də tez ver­səydi, əlbəttə, on­ların əcəli çatmış olar­dı. Bi­zim­lə qarşı­la­şacaqlarına ümid et­mə­yənləri isə azğınlıqları için­də sər­gər­dan do­laşan vəziy­yətdə tərk edərik.

10:12

وَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ٱلضُّرُّ دَعَانَا لِجَنۢبِهِۦٓ أَوۡ قَاعِدًا أَوۡ قَآئِمٗا فَلَمَّا كَشَفۡنَا عَنۡهُ ضُرَّهُۥ مَرَّ كَأَن لَّمۡ يَدۡعُنَآ إِلَىٰ ضُرّٖ مَّسَّهُۥۚ كَذَٰلِكَ زُيِّنَ لِلۡمُسۡرِفِينَ مَا كَانُواْ يَعۡمَلُونَ ﴿12﴾

İnsana bəla üz verdikdə uzanan­da da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuş­dur­duqda isə san­ki ona üz vermiş bəla­dan ötrü Bizi çağırmamış kimi keçib ge­dər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.

10:13

وَلَقَدۡ أَهۡلَكۡنَا ٱلۡقُرُونَ مِن قَبۡلِكُمۡ لَمَّا ظَلَمُواْ وَجَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ وَمَا كَانُواْ لِيُؤۡمِنُواْۚ كَذَٰلِكَ نَجۡزِي ٱلۡقَوۡمَ ٱلۡمُجۡرِمِينَ ﴿13﴾

Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri on­la­ra açıq-aşkar dəlillər gətir­dikləri hal­da onlara inan­ma­­dıqlarına gö­rə məhv etdik. Biz gü­nahkar adam­ları belə cəza­landırırıq.

10:14

ثُمَّ جَعَلۡنَٰكُمۡ خَلَـٰٓئِفَ فِي ٱلۡأَرۡضِ مِنۢ بَعۡدِهِمۡ لِنَنظُرَ كَيۡفَ تَعۡمَلُونَ ﴿14﴾

Sonra onların ardınca si­zi yer üzün­də xələflər etdik ki, gö­rək necə davranacaq­sı­nız.