quranm◉

Səhifə 212

Range
from 10:26 to 10:33
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

10:26

لِّلَّذِينَ أَحۡسَنُواْ ٱلۡحُسۡنَىٰ وَزِيَادَةٞۖ وَلَا يَرۡهَقُ وُجُوهَهُمۡ قَتَرٞ وَلَا ذِلَّةٌۚ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿26﴾

Yaxşı iş görənlər üçün ən yaxşısı və bundan da üstünü (Cən­nət, üstəlik də Allahı gör­mək) vardır. Onların üzü­nü nə bir qu­bar, nə də bir zillət bü­rüyər. Onlar Cənnət sakin­ləri­dir­lər və onlar ora­da əbədi qa­lacaq­lar.

10:27

وَٱلَّذِينَ كَسَبُواْ ٱلسَّيِّـَٔاتِ جَزَآءُ سَيِّئَةِۭ بِمِثۡلِهَا وَتَرۡهَقُهُمۡ ذِلَّةٞۖ مَّا لَهُم مِّنَ ٱللَّهِ مِنۡ عَاصِمٖۖ كَأَنَّمَآ أُغۡشِيَتۡ وُجُوهُهُمۡ قِطَعٗا مِّنَ ٱلَّيۡلِ مُظۡلِمًاۚ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿27﴾

Pis işlər görənlərə isə pis­­liyin cə­zası onun misli qədər ve­ri­lər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üz­ləri sanki zülmət gecənin par­çalarına bü­­rün­müş­dür. On­lar Od sakinləridir­ və onlar orada əbədi qalacaqlar.

10:28

وَيَوۡمَ نَحۡشُرُهُمۡ جَمِيعٗا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشۡرَكُواْ مَكَانَكُمۡ أَنتُمۡ وَشُرَكَآؤُكُمۡۚ فَزَيَّلۡنَا بَيۡنَهُمۡۖ وَقَالَ شُرَكَآؤُهُم مَّا كُنتُمۡ إِيَّانَا تَعۡبُدُونَ ﴿28﴾

O gün onların hamısını bir yerə toplayacaq, sonra da müş­rik­lərə: “Siz də, şərik­ləri­niz də öz yeri­nizdə qalın!”– de­yə­cəyik. Biz on­ları ayıraca­ğıq. Onla­rın şə­rikləri deyəcək­lər: “Siz bizə iba­dət et­mirdiniz.

10:29

فَكَفَىٰ بِٱللَّهِ شَهِيدَۢا بَيۡنَنَا وَبَيۡنَكُمۡ إِن كُنَّا عَنۡ عِبَادَتِكُمۡ لَغَٰفِلِينَ ﴿29﴾

Bizimlə sizin aranızda Alla­hın şa­hid olması yetər. Doğ­ru­dan da biz si­zin ibadəti­niz­dən xəbər­siz idik”.

10:30

هُنَالِكَ تَبۡلُواْ كُلُّ نَفۡسٖ مَّآ أَسۡلَفَتۡۚ وَرُدُّوٓاْ إِلَى ٱللَّهِ مَوۡلَىٰهُمُ ٱلۡحَقِّۖ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ﴿30﴾

Orada hər kəs keç­mişdə tö­rətdiklərinin acısını çəkə­cək­dir. On­lar Allaha – öz­lərinin həqiqi Hima­yə­da­rı­na qaytarılacaq­ və uydur­duq­ları bütlər on­lardan uzaqlaşıb qeyb ola­caqlar.

10:31

قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أَمَّن يَمۡلِكُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَمَن يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَمَن يُدَبِّرُ ٱلۡأَمۡرَۚ فَسَيَقُولُونَ ٱللَّهُۚ فَقُلۡ أَفَلَا تَتَّقُونَ ﴿31﴾

De: “Sizə göydən və yer­­dən ruzi verən kimdir? Qulaq­lara və gözlərə ha­kim olan kim­dir? Ölüdən diri çıxaran, di­ri­dən də ölü çıxaran kimdir? İş­ləri yoluna qoyan kimdir?” Onlar de­yəcək­lər: “Allah!” De: “Bəs belə olduğu halda Allah­dan qorxmursunuz?”

10:32

فَذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمُ ٱلۡحَقُّۖ فَمَاذَا بَعۡدَ ٱلۡحَقِّ إِلَّا ٱلضَّلَٰلُۖ فَأَنَّىٰ تُصۡرَفُونَ ﴿32﴾

O sizin Haqq Rəbbiniz olan Allah­dır. Haqdan sonra zə­la­lət­dən baş­qa nə ola bilər? Siz necə də haqdan dön­dəri­lir­siniz!

10:33

كَذَٰلِكَ حَقَّتۡ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ فَسَقُوٓاْ أَنَّهُمۡ لَا يُؤۡمِنُونَ ﴿33﴾

Beləliklə, fasiqlərin iman gətir­mə­yəcəyinə dair Rəbbinin Sö­zü doğru çıx­dı.