quranm◉

Səhifə 213

Range
from 10:34 to 10:42
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

10:34

قُلۡ هَلۡ مِن شُرَكَآئِكُم مَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥۚ قُلِ ٱللَّهُ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ﴿34﴾

De: “Allaha qoşduğunuz şə­rik­lər­dən eləsi varmı ki, hər hansı bir məx­lu­qu ilk dəfə ya­rat­sın, öldükdən sonra onu əvvəlki halına qay­tarsın?” De: “Məx­lu­qu ilk də­fə Allah yaradır, öldük­dən sonra onu əvvəlki halına qay­tarır. Siz necə də haq­dan dön­dərilirsiniz!”

10:35

قُلۡ هَلۡ مِن شُرَكَآئِكُم مَّن يَهۡدِيٓ إِلَى ٱلۡحَقِّۚ قُلِ ٱللَّهُ يَهۡدِي لِلۡحَقِّۗ أَفَمَن يَهۡدِيٓ إِلَى ٱلۡحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لَّا يَهِدِّيٓ إِلَّآ أَن يُهۡدَىٰۖ فَمَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ ﴿35﴾

De: “Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəl­dən bir kimsə var­mı?” De: “Allah Öz qullarını haqqa yö­nəldir. Elə isə de­yin görək haq­qa yö­nəl­dən kəs arxasınca ge­dilməyə daha çox la­yiq­dir, yox­sa özünə doğru yol gös­tə­ril­mə­yincə onu tapa bilmə­yən kəs? Sizə nə olub? Necə mü­hakimə edir­si­niz?”

10:36

وَمَا يَتَّبِعُ أَكۡثَرُهُمۡ إِلَّا ظَنًّاۚ إِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا يَفۡعَلُونَ ﴿36﴾

Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn hə­qiqəti heç cür əvəz edə bil­məz. Allah onların nə etdiklə­rini bilir.

10:37

وَمَا كَانَ هَٰذَا ٱلۡقُرۡءَانُ أَن يُفۡتَرَىٰ مِن دُونِ ٱللَّهِ وَلَٰكِن تَصۡدِيقَ ٱلَّذِي بَيۡنَ يَدَيۡهِ وَتَفۡصِيلَ ٱلۡكِتَٰبِ لَا رَيۡبَ فِيهِ مِن رَّبِّ ٱلۡعَٰلَمِينَ ﴿37﴾

Bu Quran Allahdandır, On­dan baş­qası tərəfindən uy­durula bilməz. La­kin o, özün­dən əvvəl­kiləri təs­diq­lə­yən və aləmlərin Rəb­bi tərəfindən na­zil edilmiş, içində də heç bir şəkk-şübhə ol­ma­yan kitabları mü­fəssəl izah edəndir.

10:38

أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ فَأۡتُواْ بِسُورَةٖ مِّثۡلِهِۦ وَٱدۡعُواْ مَنِ ٱسۡتَطَعۡتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿38﴾

Yoxsa: “Muhəmməd onu özündən uydurdu?!”– deyirlər. De: “Əgər doğru danı­şır­sı­nız­sa, ona bənzər bir surə də siz gə­tirin və Allahdan başqa, ki­mi ba­carırsı­nızsa, köməyə çağı­rın!”

10:39

بَلۡ كَذَّبُواْ بِمَا لَمۡ يُحِيطُواْ بِعِلۡمِهِۦ وَلَمَّا يَأۡتِهِمۡ تَأۡوِيلُهُۥۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلظَّـٰلِمِينَ ﴿39﴾

Xeyr! Onlar elmini qav­raya bil­mədikləri və hələ yo­zumu on­lara gəl­məmiş Quranı yalan hesab etdilər. On­lardan əv­vəlkilər də yalan hesab et­miş­di­lər. Bir gör zalım­ların aqi­bəti necə oldu.

10:40

وَمِنۡهُم مَّن يُؤۡمِنُ بِهِۦ وَمِنۡهُم مَّن لَّا يُؤۡمِنُ بِهِۦۚ وَرَبُّكَ أَعۡلَمُ بِٱلۡمُفۡسِدِينَ ﴿40﴾

İçərilərində bu Qurana ina­nan­lar da var, ona inanma­yan­lar da. Rəb­bin fit­nə-fəsad törə­dənləri daha yaxşı ta­nıyır.

10:41

وَإِن كَذَّبُوكَ فَقُل لِّي عَمَلِي وَلَكُمۡ عَمَلُكُمۡۖ أَنتُم بَرِيٓـُٔونَ مِمَّآ أَعۡمَلُ وَأَنَا۠ بَرِيٓءٞ مِّمَّا تَعۡمَلُونَ ﴿41﴾

Əgər səni yalançı hesab et­sələr, de: “Mənim əməlim mə­nə, sizin əmə­li­niz isə sizə aid­dir. Siz mənim etdiyim əməl­­dən uzaqsı­nız, mən də sizin et­­di­yi­niz əməl­lərdən uzağ­am”.

10:42

وَمِنۡهُم مَّن يَسۡتَمِعُونَ إِلَيۡكَۚ أَفَأَنتَ تُسۡمِعُ ٱلصُّمَّ وَلَوۡ كَانُواْ لَا يَعۡقِلُونَ ﴿42﴾

Onlardan səni dinləyən­lər də var­dır. Məgər karlara – əgər an­lamır­lar­sa – sənmi eşit­di­rəcəksən?