quranm◉

Səhifə 214

Range
from 10:43 to 10:53
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

10:43

وَمِنۡهُم مَّن يَنظُرُ إِلَيۡكَۚ أَفَأَنتَ تَهۡدِي ٱلۡعُمۡيَ وَلَوۡ كَانُواْ لَا يُبۡصِرُونَ ﴿43﴾

Onlardan sənə baxanlar da var­dır. Məgər korları – əgər gör­mürlərsə – sənmi doğru yo­la yö­nəl­dəcəksən?

10:44

إِنَّ ٱللَّهَ لَا يَظۡلِمُ ٱلنَّاسَ شَيۡـٔٗا وَلَٰكِنَّ ٱلنَّاسَ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ﴿44﴾

Həqiqətən, Allah insan­la­ra əsla zülm etməz, lakin in­san­lar öz­ləri öz­lə­rinə zülm edər­lər.

10:45

وَيَوۡمَ يَحۡشُرُهُمۡ كَأَن لَّمۡ يَلۡبَثُوٓاْ إِلَّا سَاعَةٗ مِّنَ ٱلنَّهَارِ يَتَعَارَفُونَ بَيۡنَهُمۡۚ قَدۡ خَسِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِلِقَآءِ ٱللَّهِ وَمَا كَانُواْ مُهۡتَدِينَ ﴿45﴾

Allah onları bir yerə top­la­yacağı gün, sanki dünyada və yaxud qəbirdə gün­düzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini ta­nı­yacaqlar. Allahla qar­şı­laşacaqlarını yalan sayan­lar mütləq zi­ya­na uğrayacaq­lar. On­lar doğru yola yönələn deyillər.

10:46

وَإِمَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِلَيۡنَا مَرۡجِعُهُمۡ ثُمَّ ٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا يَفۡعَلُونَ ﴿46﴾

Onlara vəd etdiyimiz əza­bın bə­zisini sənə göstərsək və ya­xud da gös­tərmədən öncə səni öldürsək, yenə də onların dö­nüşü Bi­zə­dir. Həm də Allah on­ların nə etdiklərinə Şahiddir.

10:47

وَلِكُلِّ أُمَّةٖ رَّسُولٞۖ فَإِذَا جَآءَ رَسُولُهُمۡ قُضِيَ بَيۡنَهُم بِٱلۡقِسۡطِ وَهُمۡ لَا يُظۡلَمُونَ ﴿47﴾

Hər ümmətin bir elçisi var­dır. El­çiləri gəldikdə onla­rın ara­sında əda­lət­lə hökm ve­rilər və onlara zülm edil­məz.

10:48

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿48﴾

Kafirlər deyirlər: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”

10:49

قُل لَّآ أَمۡلِكُ لِنَفۡسِي ضَرّٗا وَلَا نَفۡعًا إِلَّا مَا شَآءَ ٱللَّهُۗ لِكُلِّ أُمَّةٍ أَجَلٌۚ إِذَا جَآءَ أَجَلُهُمۡ فَلَا يَسۡتَـٔۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ ﴿49﴾

De: “Allahın istədiyin­dən başqa, mən özümə nə bir zə­rər, nə də bir xeyir verməyə qa­di­rəm. Hər ümmətin bir əcə­li var­dır. On­ların əcəli gəldiyi za­man bircə saat belə nə yu­ba­nar, nə də qa­ba­ğa keçə bilər­lər”.

10:50

قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَتَىٰكُمۡ عَذَابُهُۥ بَيَٰتًا أَوۡ نَهَارٗا مَّاذَا يَسۡتَعۡجِلُ مِنۡهُ ٱلۡمُجۡرِمُونَ ﴿50﴾

Müşriklərə de: “Söylə­yin görüm, əgər Onun əzabı sizə gecə, ya­xud gün­düz gələ­cəksə, onda günahkarlar bun­lardan hansını tə­ləsik istəyə­cəklər?

10:51

أَثُمَّ إِذَا مَا وَقَعَ ءَامَنتُم بِهِۦٓۚ ءَآلۡـَٰٔنَ وَقَدۡ كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ ﴿51﴾

Əzab başınızın üstünü al­dıqdan sonramı ona iman gə­tirə­cək­siniz? Yox­sa indimi? Siz ki, onun tez gəlməsini is­tə­yir­diniz!”

10:52

ثُمَّ قِيلَ لِلَّذِينَ ظَلَمُواْ ذُوقُواْ عَذَابَ ٱلۡخُلۡدِ هَلۡ تُجۡزَوۡنَ إِلَّا بِمَا كُنتُمۡ تَكۡسِبُونَ ﴿52﴾

Sonra zalımlara deyilə­cək­dir: “Da­dın əbədi əzabı! Mə­gər siz ancaq qazandığınız gü­nahlara görə cəzalan­dı­rıl­mır­sı­nızmı?”

10:53

وَيَسۡتَنۢبِـُٔونَكَ أَحَقٌّ هُوَۖ قُلۡ إِي وَرَبِّيٓ إِنَّهُۥ لَحَقّٞۖ وَمَآ أَنتُم بِمُعۡجِزِينَ ﴿53﴾

Səndən: “O əzab doğru­durmu?”– deyə xəbər alırlar. De: “Bə­li, and olsun Rəbbimə! Həqi­qətən də, o, doğrudur və siz ondan ya­xa qurtara bil­mə­yə­cək­siniz”.