quranm◉

Səhifə 216

Range
from 10:62 to 10:70
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

10:62

أَلَآ إِنَّ أَوۡلِيَآءَ ٱللَّهِ لَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿62﴾

Şübhəsiz ki, Allahın dost­larının heç bir qorxusu yoxdur və on­lar kədər­lən­məyəcəklər.

10:63

ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ ﴿63﴾

Onlar iman gətirmiş və Allah­dan qorxmuşlar.

10:64

لَهُمُ ٱلۡبُشۡرَىٰ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَفِي ٱلۡأٓخِرَةِۚ لَا تَبۡدِيلَ لِكَلِمَٰتِ ٱللَّهِۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ﴿64﴾

Dünya həyatında da, axi­rətdə də onlara müjdə vardır. Alla­hın kəlmələri əsla dəyişil­məz. Bu, böyük uğurdur.

10:65

وَلَا يَحۡزُنكَ قَوۡلُهُمۡۘ إِنَّ ٱلۡعِزَّةَ لِلَّهِ جَمِيعًاۚ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿65﴾

Onların sözləri səni kə­dər­­lən­dir­məsin. Çünki qüdrət bütün­lüklə Allaha məxsusdur. O, Eşidən­dir, Biləndir.

10:66

أَلَآ إِنَّ لِلَّهِ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِۗ وَمَا يَتَّبِعُ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ شُرَكَآءَۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ ﴿66﴾

Bilin ki, göylərdə və yer­də olan­ların hamısı Allahın­dır. Alla­hı qoyub başqa şərik­lərə yalvaranlar nəyin ar­dın­ca ge­dirlər? On­lar yal­nız zənnə uyur və ancaq yalan uydu­rurlar.

10:67

هُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِتَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَسۡمَعُونَ ﴿67﴾

Gecəni rahatlanmanız üçün yara­dan, gündüzü də ru­zi qa­zan­­manız üçün işıqlı edən Odur. Həqiqətən, bunda eşi­dən adamlar üçün dəlillər vardır.

10:68

قَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۖ هُوَ ٱلۡغَنِيُّۖ لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ إِنۡ عِندَكُم مِّن سُلۡطَٰنِۭ بِهَٰذَآۚ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ﴿68﴾

Onlar: “Allah Özünə öv­lad gö­tür­müşdü!”– dedilər. O, pak­dır, mü­qəd­dəsdir! O, heç nəyə möhtac deyil. Göy­lər­də və yerdə nə varsa, Onun­dur. Buna aid sizdə heç bir də­lil yoxdur. Niyə Alla­ha qarşı bil­mədiklərinizi söy­ləyir­siniz?

10:69

قُلۡ إِنَّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ لَا يُفۡلِحُونَ ﴿69﴾

De: “Şübhəsiz ki, Allaha qarşı ya­lan uyduranlar nicat tap­maz­lar”.

10:70

مَتَٰعٞ فِي ٱلدُّنۡيَا ثُمَّ إِلَيۡنَا مَرۡجِعُهُمۡ ثُمَّ نُذِيقُهُمُ ٱلۡعَذَابَ ٱلشَّدِيدَ بِمَا كَانُواْ يَكۡفُرُونَ ﴿70﴾

Onlar bir müddət dün­ya­da fay­da­lanar; sonra onların dö­nüşü Bizə olar. Sonra da küfr etdiklə­rinə görə onlara şiddətli əzab dad­dı­rarıq.