quranm◉

Səhifə 222

Range
from 11:6 to 11:12
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

11:6

وَمَا مِن دَآبَّةٖ فِي ٱلۡأَرۡضِ إِلَّا عَلَى ٱللَّهِ رِزۡقُهَا وَيَعۡلَمُ مُسۡتَقَرَّهَا وَمُسۡتَوۡدَعَهَاۚ كُلّٞ فِي كِتَٰبٖ مُّبِينٖ ﴿6﴾

Yer üzündə elə bir canlı yox­dur ki, onun ruzisini Allah ver­mə­sin. Allah on­ların qərar tutduqları yeri də, qorunub sax­­la­nıl­dıq­la­rı yeri də bilir. Bunla­rın ha­mısı açıq-aydın Yazı­da­dır (Lövhi-məh­­fuz­dadır).

11:7

وَهُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ وَكَانَ عَرۡشُهُۥ عَلَى ٱلۡمَآءِ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلٗاۗ وَلَئِن قُلۡتَ إِنَّكُم مَّبۡعُوثُونَ مِنۢ بَعۡدِ ٱلۡمَوۡتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ ﴿7﴾

Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzə­rində ikən, göyləri və yeri altı gündə ya­ra­dan Odur. Əgər sən: “Siz ölən­dən son­ra di­ri­ləcəksiniz!”– de­sən, kafir olan­lar: “Bu, açıq-aydın bir sehrdir!”– deyər­lər.

11:8

وَلَئِنۡ أَخَّرۡنَا عَنۡهُمُ ٱلۡعَذَابَ إِلَىٰٓ أُمَّةٖ مَّعۡدُودَةٖ لَّيَقُولُنَّ مَا يَحۡبِسُهُۥٓۗ أَلَا يَوۡمَ يَأۡتِيهِمۡ لَيۡسَ مَصۡرُوفًا عَنۡهُمۡ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿8﴾

Əgər onlara gələcək əzabı mü­əy­yən vaxtadək gecik­dir­sək: “Onu saxla­yan nədir?”– deyə­cək­lər. Xəbəriniz ol­sun ki, əzab on­la­ra gəldiyi gün onu heç nə onlar­dan dəf edə bilmə­yə­cək və is­tehza et­dikləri o əzab onları bürüyə­cək­dir.

11:9

وَلَئِنۡ أَذَقۡنَا ٱلۡإِنسَٰنَ مِنَّا رَحۡمَةٗ ثُمَّ نَزَعۡنَٰهَا مِنۡهُ إِنَّهُۥ لَيَـُٔوسٞ كَفُورٞ ﴿9﴾

Əgər insana Özümüzdən bir mər­həmət daddırsaq, son­ra da ondan onu geri alsaq, o, na­ümid və nankor olar.

11:10

وَلَئِنۡ أَذَقۡنَٰهُ نَعۡمَآءَ بَعۡدَ ضَرَّآءَ مَسَّتۡهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّيٓۚ إِنَّهُۥ لَفَرِحٞ فَخُورٌ ﴿10﴾

Əgər başına gələn mü­sibət­dən son­ra, ona firavanlıq dad­dır­saq: “Bə­la­lar məndən so­vuşdu!”– deyər və sevi­nib lov­ğalıq edər.

11:11

إِلَّا ٱلَّذِينَ صَبَرُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ أُوْلَـٰٓئِكَ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٞ ﴿11﴾

Səbir edib yaxşı işlər gö­rənlər is­tisnadır. Məhz onlar üçün ba­ğış­lan­ma və böyük bir mükafat vardır.

11:12

فَلَعَلَّكَ تَارِكُۢ بَعۡضَ مَا يُوحَىٰٓ إِلَيۡكَ وَضَآئِقُۢ بِهِۦ صَدۡرُكَ أَن يَقُولُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ كَنزٌ أَوۡ جَآءَ مَعَهُۥ مَلَكٌۚ إِنَّمَآ أَنتَ نَذِيرٞۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٌ ﴿12﴾

Onların: “Nə üçün ona bir xəzinə endirilməyib, yaxud onun­­la bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəh­yin bir hissəsini tərk edəcək­sən və buna görə köksün darala­caq. Sən ancaq qorxudansan. Allah isə hər şe­yi Qoruyandır.