quranm◉

Səhifə 221

Range
from 10:107 to 11:5
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

10:107

وَإِن يَمۡسَسۡكَ ٱللَّهُ بِضُرّٖ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَۖ وَإِن يُرِدۡكَ بِخَيۡرٖ فَلَا رَآدَّ لِفَضۡلِهِۦۚ يُصِيبُ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۚ وَهُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ﴿107﴾

Əgər Allah sənə bir zə­rər to­xun­dursa, bunu Ondan başqa heç kəs ara­dan qaldıra bilməz. Əgər sənə bir xeyir di­ləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qulların­dan is­tə­di­yinə nə­sib edər. O, Bağış­layandır, Rəhm­­lidir.

10:108

قُلۡ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُمُ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۖ وَمَآ أَنَا۠ عَلَيۡكُم بِوَكِيلٖ ﴿108﴾

De: “Ey insanlar! Rəb­binizdən sizə haqq gəlmişdir. Kim doğ­ru yolla getsə, xeyri onun özünə dəyər, kim az­ğın­lığa düşsə, zi­yanı da onun öz əley­hinə olar. Mən sizi qoru­yan deyiləm”.

10:109

وَٱتَّبِعۡ مَا يُوحَىٰٓ إِلَيۡكَ وَٱصۡبِرۡ حَتَّىٰ يَحۡكُمَ ٱللَّهُۚ وَهُوَ خَيۡرُ ٱلۡحَٰكِمِينَ ﴿109﴾

Sənə nazil edilən vəhy­lərə tabe ol və Allah Öz hök­münü ve­rənə qədər səbir et. O, hökmran­ların ən yaxşısıdır.

11:1

الٓرۚ كِتَٰبٌ أُحۡكِمَتۡ ءَايَٰتُهُۥ ثُمَّ فُصِّلَتۡ مِن لَّدُنۡ حَكِيمٍ خَبِيرٍ ﴿1﴾

Əlif. Ləm. Ra. Bu, Müd­rik, hər şey­dən Xəbər­dar olan Allah tə­rə­findən, ayə­ləri mü­kəm­məl­ləşdirilmiş, sonra da ət­raflı izah edil­miş bir Kitab­dır.

11:2

أَلَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَۚ إِنَّنِي لَكُم مِّنۡهُ نَذِيرٞ وَبَشِيرٞ ﴿2﴾

Bu ona görədir ki, Allah­dan baş­qa­sına ibadət etməyə­siniz. Hə­qi­qətən, mən Onun tə­rəfindən sizi xəbərdar edən və müjdələ­yə­nəm.

11:3

وَأَنِ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِ يُمَتِّعۡكُم مَّتَٰعًا حَسَنًا إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى وَيُؤۡتِ كُلَّ ذِي فَضۡلٖ فَضۡلَهُۥۖ وَإِن تَوَلَّوۡاْ فَإِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٖ كَبِيرٍ ﴿3﴾

Həm də Rəbbinizdən ba­ğış­lanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəy­­yən olun­muş vaxtadək gö­zəl gün-gü­zə­ran nəsib etsin və hər fə­zi­lət sahibinə Öz lütfündən versin. Əgər On­dan üz çevirsə­niz, bilin ki, mən sizə üz ve­rə­cək əzəmətli günün əza­bın­dan qorxuram.

11:4

إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ﴿4﴾

Siz Allahın hüzuruna qa­yı­­da­caq­sı­nız. O, hər şeyə qa­dir­dir.

11:5

أَلَآ إِنَّهُمۡ يَثۡنُونَ صُدُورَهُمۡ لِيَسۡتَخۡفُواْ مِنۡهُۚ أَلَا حِينَ يَسۡتَغۡشُونَ ثِيَابَهُمۡ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿5﴾

Baxın, onlar ürək­lərin­də­ki küfrü ört-basdır edirlər ki, Allah­dan gizlən­sin­lər. Doğ­ru­su, onlar libaslarına bürün­­dük­də belə, Allah onların gizli sax­ladıq­larını da, aşkara çı­xart­dıq­larını da bilir. Həqiqətən də, O, kökslərdə olan­ları bilir.